“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Ukraynaya qoşun göndərmək hər bir ölkənin suveren qərarıdır” – Kirbi

Tarix 28.02.24, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


“Qoşunların Ukraynaya mümkün göndərilməsi, Vaşinqtonun fikrincə, hər bir NATO müttəfiqinin öz ölkəsi ilə bağlı verəcəyi suveren qərardır, ancaq istər ABŞ, istərsə də NATO artıq belə planlarının olmadığını açıqlayıblar”.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fransa Prezidenti Emmanuel Makronun bu mövzuda bəyanatlarını şərh edərkən deyib.
“Siz də eşitdiniz ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun himayəsi altında Ukraynaya qoşun göndərmək planının və ya niyyətinin olmadığını bəyan etdi. Eyni şəkildə ABŞ Prezidenti Co Bayden də münaqişənin əvvəlindən ABŞ qoşunlarının hərbi əməliyyatlar aparmaq üçün Ukraynada olmayacağını açıq şəkildə bildirmişdi”, - deyə Kirbi əlavə edib.
“Qoy Prezident Makron öz qoşunları ilə nə etmək və ya etməmək istədiyi barədə özü danışsın. Prezident Bayden isə ABŞ qoşunlarının Ukraynadakı münaqişəyə müdaxiləsini dəstəkləmir”, - Ağ Evin sözçüsü qeyd edib.
MTŞ rəsmisinə həmçinin ABŞ-nin Ukraynaya birbaşa döyüş əməliyyatları ilə bağlı olmayan məqsədlər üçün qoşun göndərə biləcəyi ilə bağlı sual da verilib.
“Xeyr, Ukraynadakı yeganə ABŞ hərbçiləri müdafiə attaşesinin ofisinin bir hissəsi kimi səfirliklə əlaqəli olanlardır. Onlar Ukraynaya verilən silah və sistemlərə görə məsuliyyət daşımaqda bizə kömək etmək baxımından mühüm işlər görürlər”, - Kirbi cavab verib.
Qeyd edək ki, fevralın 26-da Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndərilməsi ehtimalını istisna etməyib. O bildirib ki, Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub.
Öz növbəsində Makronun açıqlamalarını şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, NATO qoşunları Ukraynaya göndərilsə, NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.



Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap