Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“TikTok” dələduzları yenə iş başında - Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər kimdir

Tarix 04.12.24, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə ünvanlı sosial yardım düzəltdiyini iddia edən bir çox səhifələr var.

Təəssüflər olsun ki, bu şəxslər illərdir fəaliyyət göstərirlər. Sadəcə indi sosial medianın geniş yayılması nəticəsində üzə çıxırlar. Bu şəxslər saatlarla “TikTok” platformasında canlı yayım açaraq insanları cəlb edirlər. Üstəlik şirnikləndirici yolla və əminliklə vətəndaşlara ünvanlı sosial yardım almalarına köməklik edəcəklərini vurğulayırlar. İnsanlar isə belə dələduzları aidiyyəti qurumun işçiləri sanıb, razılıq verirlər.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Bizim.media-nın sorğusuna cavab olaraq, bu cür əməllərin dələduzluq olduğunu bildirib.

“Paytaxt küçələrində, müxtəlif sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik göstəriləcəyinə dair rast gəlinən elanlar paylaşılır. Onları yazıb paylaşan şəxslərin aztəminatlı ailələri aldatmaqla müəyyən məbləğlərdə vəsaitini mənimsəmək, dələduzluq yolu ilə qazanc əldə etmək məqsədinə yönəlib”.

Qurum rəsmisinin sözlərinə görə ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək, müraciət etmək üçün hər hansı bir ödəniş tələb olunmur:

“İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və Dövlət Sosial Müdafiə Fondunun dsmf.gov.az saytlarından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər. Ona görə də vətəndaşlara paytaxt küçələrində, sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik”, – deyə nazirlikdən bildirilib.





Xəbərin oxunma sayı : 820




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap