Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Rusiya Azərbaycan və Ermənistanla daim sıx təmasdadır“ - Putinin köməkçisi

Tarix 13.09.22, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


"Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır, tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə riayət etməyə çağırırıq".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Əlbəttə, biz Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsindən hədsiz narahatlığımızı bildiririk”, - Uşakov vurğulayıb.

O, gecə saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng etdiyini xatırladıb: “Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq”.

Uşakov onu da bildirib ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistanla həm diplomatik, həm də hərbi xətt üzrə daim sıx təmasdadır: “Biz indi həm diplomatik, həm də hərbi xətt üzrə Bakı və İrəvanla daimi sıx əlaqədəyik”.

O əlavə edib ki, baş vermiş gərginlik nəzərə alınaraq, Rusiya və Azərbaycan prezidentləri arasında Səmərqənddə söhbət önəmli xarakter daşıyacaq.



Xəbərin oxunma sayı : 886




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap