Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?

Tarix 16.04.24, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.

AzFakt.com Xarici İşlər Nazirliyinə istiinadla xəbər verir ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib.

Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkəmizin həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyat keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 



Xəbərin oxunma sayı : 733




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap