“Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

  • / Maqazin / — 09 Aprel 2023

    Bir ərlə yaşamaqdan bezərəm“ - Pərvin Abıyeva

Ərdoğan İlham Əliyevə məktub göndərdi: “Regionumuzda sülhün və sabitliyin ən böyük təminatçısı...“

Tarix 25.05.22, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzFakt.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur.

"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".



Xəbərin oxunma sayı : 595

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap