Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İraq vətəndaşı xizəklə Azərbaycandan Rusiyaya keçmək istədi - Həbs olundu

Tarix 09.04.26, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Qusar rayonundan Rusiyaya xizəklə qeyri-qanuni yolla keçməyə cəhd edən İraq vətəndaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü, İraq Respublikasının Diyala şəhərində anadan olmuş Alkateenat Mustafa (şərti) Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilib və işə məhkəmədə baxılıb.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2025-ci il dekabrın 13-də İraqdan Bakı şəhərinə gəlib, ertəsi gün paytaxtda pasportunu və içərisində 7000 ABŞ dolları olan pul kisəsini itirib. Bu barədə polisə məlumat versə də, sənədləri tapılmayıb və ona səfirliyə müraciət etməsi tövsiyə olunub.

Daha sonra 15 dekabrda Qusar rayonuna gedərək gəzmək və şəkil çəkmək istədiyini bildirib, iki gün adını xatırlamadığı oteldə qalıb. Ardınca taksi sifariş edib və sürücüyə ingilis dilində xizəklə sürüşmək istədiyini bildirərək onu həmin yerə aparmasını xahiş edib. Sürücü onu 180 manat müqabilində sərhəd ərazisinə aparıb.

O, sərhəd ərazisində xizək sürərək hərbçiyə yaxınlaşıb və yalan məlumat verərək Bakıya getmək istədiyini bildirib. Təqsirləndirilən şəxs həmçinin əvvəllər Rusiyada və Türkiyədə olduğunu qeyd edib və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.



Xəbərin oxunma sayı : 1420




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap