Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO “Hər şey çox yaxşıdır, amma...“ - Renka Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2023

    “Hər şey çox yaxşıdır, amma...“ - Renka

  • / Maqazin / — 18 Sentyabr 2023

    Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar

  • / Maqazin / — 12 Sentyabr 2023

    Pərvin mini ətəkdə poz verdi - FOTOLAR

  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

İraq Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Tarix 19.11.23, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

AZƏRTAC xəbər verir ki, həmçinin ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.






Xəbərin oxunma sayı : 661

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap