“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İqbal Məmmədovun şirkəti daha bir tender qanandı - 1,3 milyon vergi borcu var

Tarix 09.12.24, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi "Kaspi-Yıldız" MMC ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət idarənin zibil qablarının satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 13 546,4 manatdır. 

"Kaspi-Yıldız" MMC 7 sentyabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, ev 24-də yerləşir. 

"Kaspi-Yıldız" MMC-nin qanuni təmsilçisi Əliyev Camaləddin Məzahir oğludur. Şirkətin əsl sahibi kimi isə keçmiş deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Həmin il deputat seçildikdən sonra isə "Kaspi-Yıldız"ın rəhbərliyi keçmiş deputatın qardaşı Çingiz Məmmədova keçib. 

"Kaspi-Yıldız" MMC ilə eyni hüquqi ünvanda "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də yerləşir. Bu şirkət də İqbal Məmmədova məxsusdur. 

"Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin hazırda 1 301 957, 92 manat vergi borcu var. 

İqbal Məmmədov Milli Məclisin IV, V və VI çağırış deputatı olub. O, parlamentdə 78 saylı Lerik seçki dairəsini təmsil edib. 

Bir neçə il əvvəl İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən "Relax" İstirahət Kompleksində baş verən qalmaqalla gündəmə gəlmişdi.  Məlumat üçün deyək ki, "Relax" da keçmiş deputata məxsusdur. 

2019-cu ildə vergi əməkdaşları obyektdə yoxlama aparmağa gəlsələr də, İqbal Məmmədovun  oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz  onları döymüşdü.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap