“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qarabağ erməniləri Bakıya gəlməyə məcbur olacaqlar” – “Rusiya istəmir, ancaq...”

Tarix 27.03.23, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezident Administrasiyası Qarabağ ərazisində qalan erməni ictimaiyyətinin nümayəndələrini yenidən Bakıya dəvət edib. Xatırladaq ki, bundan əvvəlki təklif martın 13-də onlara təqdim edilsə də, ermənilər gəlməkdən imtina etmişdilər.

Rusiya “sülhməramlılarının” vasitəçiliyi ilə martın 1-də Xocalı şəhərində keçirilmiş görüş isə sonuncu olub. Müzakirələrdən sonra mətbuata sızıdırlan məlumatlar belə təşəbbüslərin perspektivinə şübhə yaradıb.

Maraqlıdır, ermənilər Bakıya niyə gəlmək istəmirlər, bu israr nə qədər davam edəcək?

Politoloq Elxan Şahinoğlu bunun bir neçə səbəblə əlaqələndirir: “Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin tam bərpası və ermənilərini bunu qəbulu anlamı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər;

İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər”.

Təhlilçi xatırladır ki, bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib: “Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır” .

E.Şahinoğlu bildirir ki, Qarabağsa qalan ermənilər düşdükləri durumdan şikayətçidirlər: “Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar”.



Xəbərin oxunma sayı : 886




Analiz

Xəbərlər

ARXİV
İyun, 2025
B.e
Ç.a
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap