“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

Tarix 06.12.24, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Ağcabədidə ötən il yaşlı qadının əri tərəfindən öldürülməsi hadisəsi ilə əlaqədar daha bir nəfər həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürən 70 yaşlı əri Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

Hadisə 2023-cü ilin yanvarında qeydə alınıb, növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Mehdiyev isə dünən həbs edilib. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib.



Xəbərin oxunma sayı : 643




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap