“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İmamverdi İsmayılovun əsas rəqibindən sərt sözlər: “İnanmıram ki, ona 100 nəfər səs versin”

Tarix 17.07.24, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


“İmamverdi İsmayılovun 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində 300 səs toplamadığı ilə bağlı sübutlar var”.

Bunu yenicag.az-a açıqlamasında İmamverdi İsmayılovun 1995-ci ildən indiyə qədərki fəaliyyətinə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

bitmap-img6

Onun sözlərinə görə, bu məsələyə İmamverdi İsmayılovun şəxsi nöqteyi-nəzərindən baxmaq doğru deyil.

“Çünki 30 ildir İmamverdi İsmayılovun namizədliyi YAP-ın siyahısından verilir. Ötən seçkilərdə YAP bəyan etmişdi ki, yeni insanların gəlişində maraqlıdır, amma yenə İmamverdi İsmayılovun namizədliyini irəli sürdü. Bu ilin fevralından bəri YAP bəyan edir ki, yeni dövrə yeni hədəflərlə gedəcək. Yeni dövrün yeni hədəfi Siyavuş Novruzov, İmamverdi İsmayılov, Eldar İbrahimovdursa, bəs bu cəmiyyətə hansı açıqlamanı verəcəklər?” – deyə o bildirib.

A.Əsədli bildirib ki, 30 ildir bu adamların üzərindən manipulyasiya gedir:

“Yeni dövr, yeni fikirlər, yeni siyasət adamlarının olacağı deyilir, lakin yenə eyni adamlar deputatlığa namizəd olur. Məşhur filosofun dediyi bir fikir burada yerinə düşür: “Nə dediyin önəmli deyil, nə etdiyin önəmlidir”.

“2020-ci ildə İmamverdi İsmayılov biabırçı şəkildə mənə məğlub olub. Üst-üstə 300 səs toplamadığı ilə bağlı sübutlar var. O, 30 ildə xalqla hakimiyyət arasında körpü qura bilmədi. İnanmıram ki, 100 nəfər gedib ona səs versin. Çünki ortada keçən seçkidən qalan nəticələr, protokollar var”, – deyə partiya rəhbəri bildirib.



Xəbərin oxunma sayı : 727




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap