“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Güclü Türkiyə güclü NATO deməkdir“ - Akar

Tarix 21.01.23, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


"Güclü Türkiyə güclü NATO deməkdir".

APA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yanvarın 20-də Almaniyanın Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında sonra deyib.

ABŞ-dan 40 ədəd F-16 Viper təyyarəsinin tədarükü və 79 təyyarənin modernləşdirilməsi tələbi ilə bağlı danışan nazir, bunun qısa zamanda tamamlana bilməyəcək bir proses olduğunu deyib.

"Hələ ki, prosesi müsbət hesab edirik. Bəzi siyasi fiqurlar həm ABŞ, həm də NATO maraqlarına qarşı son dərəcə qərəzli cəhdlər ediblər. Onların qoyduğu məhdudiyyətlər sonradan aradan qaldırılıb. Bu qərəzli bəyanatlara, fəaliyyətlərə baxmayaraq, digər tərəfdən, bu məsələdə ağıllı insanların rol oynayacağına və sağlam düşüncənin qalib gələcəyinə inanırıq. Ümid edirik ki, tez bir zamanda bu, konkret və müsbət nəticə ilə yekunlaşacaq".

Akar Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun toplantısı çərçivəsində ABŞ müdafiə naziri Lloyd Ostin ilə ikitərəfli görüş keçirdiyini deyib:

"ABŞ Müdafiə Nazirliyinin bu mövzuda Türkiyəyə güclü dəstəyini bir daha gördük".

Alınacaq təyyarələrin təkcə Türkiyənin deyil, həm də NATO və İttifaqın güclənməsi anlamına gələcəyinə diqqət çəkən Akar, "Güclü Türkiyə, güclü silahlı qüvvələr, güclü NATO, güclü İttifaq deməkdir. Hər kəsin bunu anlamasını gözləyirik", - deyə vurğulayıb.



Xəbərin oxunma sayı : 658




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap