“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Fransa bərbad olan siyasi reputasiyasını Cənubi Qafqazda dirçəltməyə çalışır“ - Zaxarova

Tarix 22.11.23, 22:55

Font ölçüsü : - / +
bitmap-img6


Fransa dünyanın digər yerlərində bərbad olan siyasi reputasiyasını Cənubi Qafqazda dirçəltməyə çalışır.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Zaxarova jurnalistin “Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Cənubi Qafqazda müharibə üçün zəmin hazırladığını bəyan edib. Moskva belə bir risk görür?” sualına cavab olaraq deyib:

“Fransanın hərəkətlərinə Bakının sərt qiymət verməsi bizi heç də təəccübləndirmir. Düşünürəm ki, Bakıda və bir sıra digər yerlərdə Cənubi Qafqazda siyasi reputasiyasını bərpa etməyə uğursuz cəhdlər edən Parisin müdaxiləsindən beziblər. Halbuki Fransanın reputasiyası dünyanın digər yerlərində və qitələrində olduqca bərbad vəziyyətdədir”.

Onun sözlərinə görə, Cənubi Qafqazda təxribat riskləri qalmaqdadır:

“Bu baxımdan, Rusiya Cənubi Qafqazın bütün region dövlətləri, qonşu ölkələrin maraqlarına əsaslanan sabitlik və firavanlıq zonasına çevrilməsi istiqamətində davamlı olaraq çalışır.

Bu məntiqlə biz Cənubi Qafqaz üzrə “3+3” regional məsləhətçi platforması çərçivəsində qarşılıqlı əlaqələr qururuq, ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması üzərində işləyirik”, - XİN rəsmisi deyib.

“Biz dəfələrlə demişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır, onlar Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma məkanına çevirməyə çalışırlar.

Həmin dövlətlər region ölkələrinin köklü maraqlarına məhəl qoymurlar və regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunması üçün heç bir iş görmürlər”, - diplomat əlavə edib.



Xəbərin oxunma sayı : 1348




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap