“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“FETÖ cildini dəyişib, gizli fəaliyyətini davam etdirir” - Türkiyəli ekspert

Tarix 02.08.23, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


“FETÖ şəklini, formasını, cildini dəyişdirib və gizli fəaliyyətini davam etdirir, buna görə də sistemli mübarizə tədbirlərinə ehtiyac var”.

Bunu “Report”un Ankara bürosuna təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar bildirib.

O deyib ki, FETÖ terror təşkilatıdır: “Bu şəbəkə Türkiyədə vaxtilə çox önəmli yerlərə nüfuz etdi. Ölkəmizi 350 milyard dollar zərərə məruz qoydu. Təşkilat hazırda da himayə edilir, onun gizli kripto-fəaliyyəti davam etdirdiklərini bilirik”.

Ekspert vurğulayıb ki, FETÖ Azərbaycanda da son dərəcə təsirli və güclü olmağa cəhd edib: “Onlara qarşı Türkiyə və Azərbaycan birlikdə əməkdaşlıq etdi və bu əməkdaşlıq davam edir. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ tərəfdarları hələ də var”.

A.Ağarın fikrincə, FETÖ həm də İslam dinini nüfuzdan salmaq üçün hazırlanmış bir layihədir: “Bu təşkilatın “mülayim islam”, “dinlərarası, mədəniyyətlərarası dialoq” kimi anlayışlarla bərabər, həm də İslam dinini nüfuzdan salmaq kimi bir təməl fəaliyyəti mövcuddur. “Mülayim İslam, imperial güc” layihələrini həyata keçirmək üçün var-qüvvələri ilə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Bu layihənin bütün İslam dünyasında - Orta Asiyada, Balkanlarda, Afrikada qlobal güclərə xidmət etdiyini görürük. Odur ki, FETÖ təşkilatının nüfuz etdiyi bütün ölkələr bu şəbəkəyə qarşı birgə əməkdaşlıq əsasında mübarizə apararlarsa, bu, daha faydalı olar".



Xəbərin oxunma sayı : 1390




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap