Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ermənistan XİN rəhbəri ilə danışıqlarda müəyyən nəticələr əldə olunub” - Ceyhun Bayramov

Tarix 27.04.22, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanın xarici işlər naziri ilə telefon danışığından müəyyən nəticələr əldə olunub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, gürcüstanlı həmkarı ilə görüşdə münaqişəsonrası vəziyyəti və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması məsələsini müzakirə etdiyini, həmçinin onu Ermənistan ilə sülh müqaviləsinin imzalanması üzərində aparılan işlər və ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı barədə məlumatlandırdığını bildirib.

“Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığımız olub. Artıq Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün müvafiq şərait mövcuddur”, - C.Bayramov deyib.

Nazir Birgə Sərhəd Komissiyasının üzvlərinin razılaşdırıldığını, yaxın zamanda bu komissiyanın, həmçinin sülh müqaviləsinin işlənib hazırlanması üzrə işçi qrupun iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.

Azərbaycanın XİN başçısı regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 919




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap