Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ermənistan ordusunun potensialının artırılmasına xüsusi əhəmiyyət veririk“ - Şoyqu

Tarix 09.12.22, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması üçün edilən yardıma xüsusi əhəmiyyət verir.

APA xəbər verir ki, bunu Rusiya MN rəhbəri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən iclası çərçivəsində baş tutan görüşündə deyib.

Qeyd olunub ki, Ermənistan və Rusiyanın Müdafiə Nazirliklərinin rəhbərləri iki ölkə arasında gələn il üçün əməkdaşlıq planını təsdiqləyiblər.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz bu regionda sabitliyin qorunub saxlanmasında olduqca maraqlıyıq və bunun üçün də bütün səylərimizi göstəririk. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması sahəsində yardıma xüsusi əhəmiyyət veririk”, - Şoyqu əlavə edib.

Papikyan isə öz növbəsində qeyd edib ki, bu il Şoyqu ilə 4-cü görüşüdür.

"Biz sizin təşəbbüsünüzü və sammitin təşkili ilə bağlı səylərinizi yüksək qiymətləndiririk. Dekabr ayı görülən işlərə yekun vurmaq və gələcək üçün planlar haqqında düşünməyin vaxtıdır", - Papikyan bildirib.

Xatırladaq ki, bu gün Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü keçirilib və yekunda birgə razılaşmalar imzalanıb.



Xəbərin oxunma sayı : 850




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap