“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk“ - İran XİN

Tarix 09.09.24, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addımın əleyhinədir.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, “bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir”.

Kənani diqqətə çatdırıb ki, “dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfər, eyni zamanda, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir”.

“İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur.

Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk”, - XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, İran münaqişələrin həlli üçün “3+3” regional formatının gücləndirilməsinin tərəfdarıdır.



Xəbərin oxunma sayı : 1027




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap