Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 30 May 2023

    Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO

  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

“Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var” - Dövlət başçısı

Tarix 13.02.23, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


“Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya - 470 meqavatlıq günəş və külək elektrik stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək”.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə səsləndirib.

“Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”, - deyə dövlətimizin başçısı bildirib.

Bu gün böyük və önəmli layihənin təməlinin qoyulduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır”.



Xəbərin oxunma sayı : 820

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap