“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şadlıq saraylarına bəylə gəlinin şəxsiyyət vəsiqələrini tələb etmək tapşırıldı - VİDEO

Tarix 27.02.24, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşı alınıb.

Həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib. Belə faktla qarşılaşdıqları təqdirdə müvafiq komissiyaya və polisə məlumat versinlər ki, digər rayonların toy məkanlarında bu toyların təşkilinə yol verilməsin. Belə olan halda məkan sahiblərinin məsuliyyətə cəlb olunmasına dair qanunauyğun şəkildə polis bölməsində tədbirlər planı var. Sabunçu rayon ərazisində yerləşən şadlıq evlərindən bu barədə soruşduq. Bir çox şadlıq evləri kameramıza danışmaq istəməsələr də, bildirdilər ki, bununla bağlı məlumatlıdırlar.

Bəs toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

DİN-dən "Xəzər Xəbər”ə açıqlama verildi ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.





Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap