Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

“Ötən il Rusiya ilə Ukrayna arasında danışıqlar Qərb tərəfindən dayandırılıb” - İsrailin sabiq baş naziri

Tarix 05.02.23, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin yazında Rusiya və Ukrayna nümayəndələri arasında İsrailin o vaxtkı baş naziri Naftali Bennetin vasitəçi qismində iştirak etdiyi danışıqlar Qərb ölkələrinin təşəbbüsü ilə dayandırılıb.

“Report” xəbər verir ki, Bennett bu fikri İsrailin “12” telekanalında yayımlanan müsahibəsində deyib.

Bennett Ukraynada hərbi əməliyyat başlayandan sonra danışıqlarda iştirakından, həm Rusiya lideri Vladimir Putinlə, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə, eləcə də aparıcı Qərb ölkələrinin liderləri - Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, eyni zamanda ABŞ prezidenti Cozef Baydenlə şəxsi təmaslarından ətraflı danışıb.

“Görürsən, hər bir liderin özünəməxsus yanaşması var. Liderləri iki yerə bölmək olar: “Biz Putinə qarşı durmalıyıq. Bir də: “Buyurun, müharibədə hamımız uduzmuşuq” deyənlərə. Boris Conson daha radikal tədbirləri müdafiə edirdi, Şolts isə daha praqmatikdir. Bayden hər iki yanaşmanı dəstəkləyirdi” - deyə, o bildirib.

Onun sözlərinə görə, o zaman özü də bitərəf mövqe tutub: “Bu məsələ bizim milli maraqlarımız çərçivəsində deyildi. Mən İsraili müdafiə edəndə sona qədər mübarizə aparıram. Və burada deməyə sözüm yoxdur. Mən sadəcə icraçı və vasitəçiyəm. Mənim üçün bu məsələdə Amerika qərar verir, öz ixtiyarımla hərəkət etmirəm. Bütün hərəkətlərim ABŞ, Almaniya və Fransa ilə ən xırda təfərrüatlarına qədər razılaşdırılırdı”.

Keçmiş baş nazir, daha sonra danışıqların dayandırılmasının Qərbin təşəbbüsü olub-olmadığına dair suala müsbət cavab verib:

“Ümumiyyətlə, bəli. Onlar (Qərb – red) danışıqları dayandırdılar və sonra mənə elə gəldi ki, yanılırlar. İndi də deyim ki, nəticə çıxarmaq hələ tezdir”.



Xəbərin oxunma sayı : 1003

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap