“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“51 halda ciddi qanun pozuntusu müəyyən edilib” - Nazir müavini

Tarix 10.02.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


“2024-cü ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 25 ili tamam olub, yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib”.

Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqqında danışarkən bildirib. 

“Bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub. Yəni nəticədə 99 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”, - deyə nazir müavini bildirib.

***

Nazir müavini əlavə edib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib: “Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub. Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.



Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap