Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

50 min manat vəsaitlə biznes imkanları - Hansı sahə daha gəlirlidir?

Tarix 22.11.25, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


50 min manatadək vəsaitlə hansı sahədə biznes qurmaq olar?

Baku TV bu sualla paytaxt sakinlərinə müraciət edib.

Sakinlərdən biri bildirib ki, kənd təsərrüfatı sahəsində biznes qurmağa üstünlük verərdi: "Maldarlıq, qoyunçuluqla məşğul olardım".

Başqa bir sakin isə belə deyib: "Kiçik bizneslə məşğul olardım. 50 minlə böyük biznesə başlamaq mümkün deyil".

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, iqtisadiyyatda heç bir sahə investisiya etmək baxımından tam zəmanətli deyil. Bu baxımdan sərmayə qərarları iqtisadiyyatın sahələrinə görə deyil, risklərin az, orta və ya çox olmasına uyğun olaraq verilməlidir.

O hesab edir ki, ortariskli investisiya sahələrinə qızılı aid etmək olar. Ekspert fikrini qızılın xeyli müddətdir etibarlı maliyyə aktivi olması ilə əsaslandırıb.

İqtisadçı dövlət istiqrazlarını, bank depozitlərini, gümüş, platin kimi metalları isə aşağıriskli sərmayə aləti kimi dəyərləndirib. Bu sahələr üzrə gəlirlilik yüksək olmasa da, qoyulan vəsaitin itirilmə ehtimalı çox aşağıdır.




Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap