![]() |
|














35 yaşın gətirdiyi problemlər - Araşdırma
Tarix 03.11.24, 11:51 |
|

Hazırda əmək bazarında 35-40 yaşdan sonra iş tapmağın çətin olduğuna dair bir reallıq var. Mövcud vəziyyətin səbəbləri, tənzimlənməsi ilə bağlı ekspertlər arasında fikir ayrılığı mövcuddur.
Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

"İqtisadiyyatın şaxələndirilməsi vacibdir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş tapmasında çətinliklərinin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: “Əgər iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki, bu da işgüzar fəallığın situmullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun. Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda müvafiq təkana imkan yaratsın”.

"İşəgötürənləri qınamaq doğru deyil"
Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru deyil: “Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta statistik 35 yaşlı insanı görək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii deyilmi?”.

“Rəqabətin olduğunu unutmamalıyıq”
Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi məqamlar əslində insanları geri aparır: “Etirazlardan biri odur ki, yaşlı insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır. Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil. İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu unutmamalıdır”.
"Ən az məsuliyyət özəl sektor və biznesdədir"
F.Ağayevin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılmasında dövlətin rolu və məsuliyyəti böyükdür: “Hesab edirəm ki, işəgötürənlərin 35 yaş üzərində insanları işə qəbul etmələri üçün stimullaşdırıcı tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Dövlət həm də orta yaş üzərində olan insanların peşə dəyişmə, müasir bazar tələblərinə uyğun olan yeni bilik və bacarıqlara malik olmaları üçün dəstək verməlidir. Bu vəziyyətin yaranmasında ən az məsuliyyət özəl sektor və biznesdədir. Çünki rəqabət gücünü qorumaq və fəaliyyət göstərdiyi bazarda ayaqda qalmaq üçün biznes ona maksimum effektiv formada fayda verəcək insanları işə qəbul etmək istəyir və bu da çox təbii və doğrudur”.

Qeyri-bərabər paylanan işçi qüvvəsi
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirir ki, problem yaşla bağlı deyil. Onun sözlərinə görə, əmək bazarında tələblə təklif arasında olan uyğunsuzluq insanların iş tapmasını çətinləşdirir: “Azərbaycanda işçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər paylanıb. Demək olar ki, iş yerlərinin əksəriyyəti Bakı və Abşeronda cəmləşib. Məsələn, tibbi və pedaqoji heyətin təxminən 63 faizi bu ərazilərdə yaşayır. Ona görə də iri şəhərlərdə iş tapmaq çətindir. Eyni zamanda, Azərbaycanda əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına daxil olanların sayı onu tərk edənlərin sayından daha çoxdur. Əlbəttə, bu, Avropa ölkələrinin qibtə edəcəyi bir məsələdir. Çünki onlarda vəziyyət tam əksinədir, əhali qocalır. Bizdə isə nəsil cavandır. Əmək bazarının ehtiyacları ilə işçi qüvvəsinin sayı arasında fərq var. Bu fərqə görə iş tapmaq bir qədər çətindir. O səbəbdən də işəgötürənlər seçim edirlər”.
Peşəkarlara hər zaman iş var
S.Məmmədov vurğulayır ki, əslində, ixtisaslı kadr axtaran işəgötürən işçinin yaşına əhəmiyyət vermədən onu işə qəbul edir: “Düzdür, büdcə təşkilatlarında işləyənlər üçün çalışmanın son yaş həddi 65 nəzərdə tutulub. Bəzi istisna hallarda bu yaş həddi artırıla bilər. Amma 60 yaşdan sonra dövlət orqanlarında işə düzəlmək bir qədər çətindir. Çünki bu yaş pensiyaqabağı dövr sayılır. Özəl sektorda isə belə bir problem yoxdur. Bizdə elə sahələr var ki, onminlərlə vakansiyalar mövcuddur. Məsələn, tornaçı, qaynaqçı, elektrik-montajçı, ixtisaslı fəhlə peşələri və s. İşəgötürənlər bu sahələr üzrə yüksək maaşla kadr axtarsalar da, tapılmır. Əgər 40 yaşından yuxarı tornaçı varsa, onu zavod niyə işə götürməsin?”.
S.Məmmədov həmçinin qeyd edir ki, müvafiq dövlət qurumları iş tapa bilməyən vətəndaşlara dəstək göstərməyə çalışır: “Məsələn, Dövlət Məşğulluq Mərkəzi tərəfindən müəyyən peşəyönümlü kurslar təşkil edilir. Ölkədə özünəməşğulluq proqramları həyata keçirilir. İş tapa bilməyən vətəndaşların aktiv məşğulluğunu təmin etmək üçün addımlar atılır. Lakin buna baxmayaraq, işsizlik həddi yüksək olaraq qalmaqdadır”.
Kaspi.az
Xəbərin oxunma sayı : 859
Sosial
Xəbərlər
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
TOP 10
ARXİV