“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Tarix 05.08.25, 10:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda tələbələr bəzi zəruri hallarda  sağlamlıq problemi, hərbi xidmət, ailə və ya sosial çətinliklər səbəbilə təhsillərini müvəqqəti olaraq dondura bilirlər. Bu hüquq onların təhsil hüququnu qorumağa və sonradan davam etdirməyə imkan yaradır. Nə zaman və nə qədər müddətə təhsilin dondurula biləcəyi isə müvafiq qaydalarla tənzimlənir.

Azərbaycanda tələbələr hansı hallarda və nə qədər müddətə təhsillərini dondura bilərlər?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrə təhsillərini dondurmaq üçün maksimum 2 il müddətinə akademik məzuniyyət verilməsi mümkündür.

Bu, yalnız müəyyən hallarda və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;

5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);

5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;

5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

AzEdu.az



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap