“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əbülfəs Qarayevin Xorvatiyadakı otelinin müəmmalı maliyyə hesabatı - 5,4 milyon avro borc

Tarix 27.11.26, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


"Vaxtilə onun ailəsinin Xorvatiyadakı «Amfiteatr» otelinə sahib olması barədə yazanda sabiq nazir Əbülfəs Qarayev otelin ailəsinə məxsus olduğunu təkzib etməmişdi. İndi isə təqdim etdiyim rəsmi qeydiyyat, bələdiyyə və maliyyə sənədləri ilə otelin sahibi olan "L.K. d.o.o." şirkətinin Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovaya məxsus olduğunu bir daha ortaya qoyuram".

Bunu xaricdə yaşayan jurnalist Cavanşir Həsənli yazıb.

O, bildirib ki, şirkətin 2025-ci ili əhatə edən maliyyə hesabatı 30 aprel 2026-cı ildə Lalə Kazımova tərəfindən təsdiqlənib. Sənədin birinci səhifəsinin ikinci bölməsində şirkətin əsas gəlir mənbəyi açıq şəkildə «Najma» — icarə kimi göstərilir. Söhbət Xorvatiyanın Pula şəhərində yerləşən «Amfiteatr» otelindən gedir.

"Maliyyə hesabatının 5-ci və 6-cı səhifələrində şirkətin daşınmaz əmlakı və avadanlıqları barədə məlumatlar yer alıb. Binaların ilkin uçot dəyəri 3.658.530,72 avro təşkil edir. Buraya 208.024,96 avro dəyərində avadanlıqları da əlavə etdikdə əsas vəsaitlərin ümumi ilkin uçot dəyəri 3.866.555,68 avroya çatır.

Amma məsələnin maraqlı tərəfi budur ki, şirkətin 2025-ci ilin sonuna təxminən 5,4 milyon avroluq borc öhdəliyi mövcuddur. Bunun 5.263.577,99 avrosunu alınmış borclar, depozitlər və digər oxşar maliyyə öhdəlikləri təşkil edir. Üstəlik, şirkətin banklar qarşısında kredit borcu göstərilmir.

b6858d32-d3b2-438a-a753-ecb67339cee7.jpeg (88 KB)


Ehtimal etmək olar ki, bu vəsaitin bir hissəsi şirkət sahibinin otelin alınmasına, tikintisinə və yenidən qurulmasına yönəltdiyi vəsaitin şirkətə verilmiş borc kimi rəsmiləşdirilməsindən, digər hissəsi isə başqa investisiya layihələrindən yaranıb.

2025-ci ilin orijinal maliyyə hesabatında daha bir maraqlı aktiv göstərilir:

«Dugotrajna imovina namijenjena prodaji» — satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv.

31 dekabr 2025-ci il tarixinə bu aktivin uçot dəyəri 109.868,33 avro təşkil edib".

Jurnalist bildirir ki, sözügedən aktiv otel binasının balans dəyərindən ayrıca göstərilir. Bu, yaşayış evi, torpaq sahəsi və ya başqa daşınmaz əmlak layihəsi ilə bağlı aktiv də ola bilər: "Təəssüf ki, onun konkret olaraq nədən ibarət olduğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Yeri gəlmişkən, 2015-ci ildə Lalə Kazımovaya məxsus şirkət Pula bələdiyyəsinin torpaq satışı hərracında iştirak edib, 2018-ci ildə isə əlavə tikinti layihəsi ilə bağlı bələdiyyəyə rəsmi müraciət ünvanlayıb. Həmin müraciətdə şirkətin ümumi sahəsi 1.934 kvadratmetr olan tikinti ərazisinin sahibi ilə əməkdaşlıq barədə razılığa gəldiyi bildirilir.

Digər diqqətçəkən məqam şirkətin müştərilərdən alacaqlarının ildən-ilə artaraq 2025-ci ilin sonunda 678.766,22 avroya çatmasıdır. Bu məbləğin başqa bir daşınmaz əmlakın möhlətli ödəniş şərtilə satışından yaranması da ehtimallardan biridir. Lakin maliyyə hesabatında borcluların adları və alacaqların konkret yaranma səbəbləri açıqlanmır.

«Amfiteatr» otelinə gəlincə, otel 2011-ci ildə tanınmış xorvat kulinarı Deniz Zemboya 10 il müddətinə icarəyə verilmişdi. Hazırda isə otelin operatoru Iva Zemboya məxsus HOTEL AMFITEATAR d.o.o. şirkətidir.

Lalə Kazımovanın şirkətinin 2025-ci ildə icarə fəaliyyətindən əldə etdiyi gəlir 82.497,10 avro, orta aylıq gəliri isə 6.874,76 avro təşkil edib".

Onun sözlərinə görə, amortizasiya və digər xərclər də daxil olmaqla şirkətin illik ümumi xərcləri 75.557,14 avroya çatıb:"Nəticədə Qarayev–Kazımova ailəsinin təxminən 4 milyon avroluq investisiya ilə əlaqələndirilən şirkətinin 2025-ci il üzrə xalis mənfəəti cəmi 6.941,42 avro olub.

Başqa sözlə, əsas vəsaitlərin ilkin uçot dəyərinə nisbətdə illik xalis mənfəət göstəricisi cəmi 0,18 faiz təşkil edib. Bu, hətta ən aşağı bank kredit faizlərindən də dəfələrlə aşağı göstəricidir.

Belə olan halda ortaya bir neçə sual çıxır: milyonlarla avroluq sərmayə qoyulmuş bu biznesin iqtisadi səmərəliliyi nədən ibarətdir? Şirkətin 5,4 milyon avroluq borc öhdəliyi kimlər qarşısındadır? Təxminən 679 min avroluq alacaqlar hansı əməliyyatlardan yaranıb? Lalə Kazımovanın şirkətinin Xorvatiyada oteldən başqa hansı investisiyaları olub?

Hələlik bu suallar açıq qalır.

Bir sual da açıq alır, əliuzunluq edib milyonlara sahib olmaqmı daha çətindir, yoxsa ildə 7000 avro qazanmaqmı, Əbülfəs Qarayev?".



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap