“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya

Tarix 25.11.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Xarici işlər naziri Ceyhun Bayramov bu hadisəni iki ölkə arasındakı münasibətlərdə tarixi gün kimi qiymətləndirib.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətləri, iqtisadi-ticarət əlaqələri, eləcə də regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər tarixən açıq dialoq və qarşılıqlı hörmət prinsipləri əsasında formalaşıb. Siyasi dialoq həmçinin liderlər səviyyəsində müsbət və intensiv xarakter daşıyıb.

Bayramov xatırladıb ki, cari ildə iki ölkənin prezidentləri arasında qarşılıqlı səfərlər, eləcə də Dublində görüş və təmaslar baş tutub. Bundan başqa, Litvanın baş naziri apreldə Azərbaycana səfər edib və həmin səfər çərçivəsində geniş müzakirələr aparılıb.

"2007-ci ildə ölkələrimiz arasında ilk çərçivə sənədi imzalanmışdı. Bu gün isə artıq Azərbaycan-Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannaməni imzaladıq. Bu baxımdan bugünkü gün münasibətlərimizin tarixində xüsusi əhəmiyyət daşıyır", - deyə XİN rəhbəri vurğulayıb.

O əlavə edib ki, bu ilin iyununda Vilnüsdə Azərbaycan və Litvanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Tərəflər bu platformanın fəaliyyətini davam etdirmək və məsləhətləşmələri mütəmadi şəkildə təşkil etmək barədə razılığa gəliblər.

İki ölkə arasında 45 sənəd mövcuddur

Ceyhun Bayramov Azərbaycanla Litva arasında müqavilə-hüquq bazasının kifayət qədər geniş olduğunu bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur, daha 7 sənəd üzərində isə iş aparılır.

Nazir qeyd edib ki, yaxın vaxtlarda həmin sənədlərin hazırlanmasının başa çatdırılması və qüvvəyə minməsi gözlənilir.

İqtisadi-ticarət əlaqələrinə toxunan Bayramov hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini deyib. Onun fikrincə, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkan var və müvafiq addımlar atılmalıdır.

XİN rəhbəri Litvanın xarici işlər naziri ilə birlikdə Bakıya bir qrup şirkət rəhbərinin də gəldiyini diqqətə çatdırıb. Sabah keçiriləcək Azərbaycan-Litva biznes forumunun işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını söyləyib.

Bayramovun sözlərinə görə, tərəflər iş adamları arasında əlaqələrin asanlaşdırılması, biznes mühitinin imkanlarının qarşılıqlı tanıdılması və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini də müzakirə ediblər.

Litva şirkəti Araz İqtisadi Zonasına 50 milyon manat yatırıb

Ceyhun Bayramov Litva şirkətlərindən birinin Azərbaycanda, xüsusilə azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirdiyini açıqlayıb.

Nazir bildirib ki, Litvanın bir şirkəti Araz İqtisadi Zonasında iri mebel istehsalı sahəsinin yaradılması ilə məşğuldur. Layihəyə 50 milyon manat investisiya yatırılıb.

Müəssisə fəaliyyətə başladıqdan sonra azad edilmiş ərazilərdə 650 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bayramov nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarının da müzakirə edildiyini bildirib. Bu kontekstdə Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında Cənubi Qafqaz üzərindən körpü rolunu oynaması, Bakı limanının mövcud potensialı və onun genişləndirilməsi planları diqqətə çatdırılıb.

Eyni zamanda, Bakı və Klaypeda limanları arasında əməkdaşlığın qurulması, iki ölkənin dəmir yolu operatorları arasında əlaqələrin gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

Nazir Şərq-Qərb Orta Dəhlizinin, Ələt Azad İqtisadi Zonasının və işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının bu əməkdaşlıq üçün mühüm imkanlar açdığını qeyd edib.

Birbaşa uçuşların açılması məsələsi gündəmdədir

Görüşdə humanitar və turizm sahəsində əlaqələrin inkişafı da müzakirə olunub.

Bayramovun sözlərinə görə, hazırda Litvanın ali təhsil müəssisələrində 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Ötən il isə Azərbaycana 3 mindən artıq Litva vətəndaşı turist kimi səfər edib.

XİN rəhbəri iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinin gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu, həm turizm əlaqələrinin, həm də insanlar arasında təmasların genişlənməsinə töhfə verə bilər.

Ermənistanın yeni konstitusiya layihəsi də müzakirə olunub

Ceyhun Bayramov litvalı həmkarı ilə regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi apardıqlarını bildirib.

Onun sözlərinə görə, BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, ATƏT, NATO və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində baş verən son proseslər, xüsusilə Vaşinqton görüşündən sonra müşahidə edilən inkişaflar barədə Kestutis Budrisə məlumat verdiyini söyləyib.

Bayramov ötən ildən etibarən tranzit yüklərin daşınmasına başlanılmasını, 2025-ci ilin dekabrından Ermənistana Azərbaycandan bir sıra məhsulların, o cümlədən neft məhsullarının tədarük edilməsini müsbət addımlar kimi qiymətləndirib. Hazırda Ermənistana ixrac olunan məhsulların çeşidinin artırılması ilə bağlı danışıqların davam etdiyini də diqqətə çatdırıb.

O, rəsmi nümayəndə heyətləri və dövlət qurumları arasında təmasların intensivləşməsini, vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad quruculuğu tədbirlərinin genişlənməsini sülh prosesinin möhkəmlənməsinə xidmət edən amillər kimi sadalayıb.

XİN rəhbəri son günlər Ermənistanda yeni konstitusiya layihəsinin dərc olunması, TRIPP layihəsinin real fəaliyyətə başlaması və digər məsələlərin də görüşdə müzakirə edildiyini bildirib.

Litva Aİ ilə viza rejiminin sadələşdirilməsinə dəstək verəcək

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə olunub.

Ceyhun Bayramov litvalı həmkarının bu təşəbbüsə dəstəyini ifadə etdiyini bildirib. O qeyd edib ki, Avropa İttifaqının mövcud qaydalarına əsasən, viza rejiminin sadələşdirilməsi üzv dövlətlər tərəfindən ayrı-ayrılıqda deyil, ümumi şəkildə həyata keçirilməlidir. Bununla belə, ayrı-ayrı üzv ölkələrin mövqeyi və dəstəyi də mühüm əhəmiyyət daşıyır.

Nazir Azərbaycanın bir sıra ölkələrlə qarşılıqlı viza rejimini artıq aradan qaldırdığını xatırladaraq, Avropa İttifaqı ilə də bu istiqamətdə irəliləyişin hər iki tərəf üçün faydalı olacağını deyib.

Bayramov xüsusilə Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyinə diqqət çəkib. Onun fikrincə, bu, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi məsələsinin irəli aparılması üçün əlverişli fürsət yarada bilər.



Xəbərin oxunma sayı : 532




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap