“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“

Tarix 25.11.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski "Bloomberg" agentliyinə müsahibəsində bildirib ki, ABŞ-nin danışıqlar qrupu müharibənin başa çatdırılmasını mümkün qədər tez - dekabr və ya yanvar ayında razılaşdırmağa can atır.

Zelenskinin sözlərinə görə, rəsmi Kiyev də müharibənin tezliklə bitməsində maraqlıdır, lakin bunun şərtləri ilə razılaşmır: "Bu, müstəsna olaraq Ukraynanın hesabına olmamalıdır".

Ukrayna lideri vurğulayıb ki, ölkəsi müharibənin dayandırılması üçün bütün səylərini davam etdirəcək, eyni zamanda xarici təzyiq və dəstək mexanizmlərinə arxalanacaq:

"Eyni zamanda, şübhəsiz ki, yeni Konqresin hər iki partiyası ilə danışacağıq, Rusiyaya qarşı sanksiyalar və bizə dəstək istəyəcəyik. Onsuz sadəcə mümkün deyil. Əgər ruslar müharibəni bitirmək istəmirlərsə, onları buna məcbur etmək lazımdır".

Zelenski Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədinin dəyişmədiyini - Ukraynanın işğalının hələ də hədəf olaraq qaldığını deyib. Onun iddiasına görə, Moskva qış aylarında Ukrayna cəmiyyətini və müdafiəsini sındırmağa çalışır:

"Kiyev, Dnepr, Odessa, Xarkov, Zaporojye - ilk növbədə bu şəhərlər. Müdafiənin olmaması səbəbindən sındırmaq və Ukraynanın Donbasdan çıxması üçün sındırmaq".

Xatırladaq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ və Çin liderləri ilə keçirilən danışıqlardan sonra jurnalistlərin suallarını cavablandıran Putin Ukraynanı yenidən müharibəni başlatmaqda ittiham edib və iddia edib ki, Kiyev hakimiyyəti maliyyələşməni itirməkdən qorxduğu üçün "kompromislərə" getmək istəmir.

Putin həmçinin ABŞ-nin vasitəçiliyi ilə Avropa təhlükəsizliyinin yeni arxitekturası ətrafında gedən müzakirələrə toxunaraq Moskvanın heç nəyi qurban vermək niyyətində olmadığını bəyan edib:

"Həyat dəyişir və (...) 90-cı illərin əvvəlində guya mövcud olmuş hansısa vəziyyətlərə qayıtmaq, görünür, mənasızdır. Necə ki, bəzi danışıqlar tərəfdaşlarımızın bizi heç vaxt irəli çəkilməyəcəyimiz yerə çəkmək imkanları axtarması da mənasızdır. Buraya, o cümlədən ərazi xarakterli məsələləri də nəzərdə tuturam".

Məlumdur ki, ABŞ-də son aralıq seçkilərində qələbədən sonra Demokratlar Partiyası 2027-ci ilin yanvarından etibarən Konqresin hər iki palatasına nəzarəti ələ alacaq. Bu amilin respublikaçı Prezident Donald Tramp administrasiyasının Ukraynaya birbaşa maliyyə və hərbi yardımı faktiki dayandırdığı vurğulanır - xarici siyasəti üzərində nəzarəti gücləndirəcəyi gözlənilir. Zelenski daha əvvəl demokratların qələbəsinin ABŞ-nin Ukraynaya yardımının artmasına və Moskvaya təzyiqlərin güclənməsinə təkan verəcəyinə ümid etdiyini bildirmişdi.



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap