“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO

Tarix 25.11.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın yeni Baş naziri Peter Madyar Zakarpatya bölgəsində baş tutan görüş zamanı yerli məktəblərdən birində rəmzi voleybol oyunu keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, iki liderin meydançadakı bu birgə addımı Budapeştin əvvəlki lideri Viktor Orbanın hakimiyyəti illərində Kiyevlə yaranmış uzunmüddətli gərginliyin geridə qaldığını nümayiş etdirən əsas mesaja çevrilib.

May ayında vəzifəyə gələrək Orban dövrünə son qoyan, Avropa İttifaqı (Aİ) tərəfdarı Peter Madyar etnik macarların yaşadığı Zakarpatyaya səfər edərək Zelenski ilə görüşüb. Liderlər əvvəlcə Ujqorod şəhərində qəbiristanlığa əklil qoyub və danışıqlar aparıblar. Ardınca sərhəddəki Berehove şəhərində brifinq keçirilib və voleybol meydançasında rəmzi oyun baş tutub.

Madyar çıxışında etimad quruculuğunun vacibliyini vurğulayıb: “Gəlin etimad qurmağa başlayaq, gec olması heç olmamasından yaxşıdır”.

Zelenski isə görüşü “vacib və həssas məqam” adlandıraraq Orbanın xəttinə işarə edib: “Ukrayna ilə həmrəylik vacibdir, Putinlə dostluq isə heç bir yerə aparmır”.

Kiyevin macar azlığın hüquqları ilə bağlı yeni qanun qəbul etməsindən sonra Budapeşt Aİ-nin Ukrayna ilə üzvlük danışıqlarında yeni istiqamətlərin açılmasına razılıq verib. Rusiyanın təcavüzünü qətiyyətlə pislədiyini bəyan edən Peter Madyar Ukraynaya dəyəri 2,9 milyon dollar olan dərman və enerji avadanlıqları da gətirib. Tərəflər həmçinin Macarıstandan Ukraynaya dizel yanacağının nəqli məsələsini müzakirə ediblər.




Xəbərin oxunma sayı : 511




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap