“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tədris Cərrahiyyə Klinikasında qalmaqal - Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir

Tarix 22.11.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bir sıra problemlərin yaşandığı bildirilir. Klinikada tibbi xidmətin keyfiyyəti, texniki avadanlıqların fəaliyyəti və həkimlərin əməkhaqlarının ödənilməsi ilə bağlı narazılıqlar var.

Məlumata görə, artıq 7 aydır ki, klinikada istifadə olunan KT, MRT və angioqrafiya aparatı tam işlək vəziyyətdə deyil. 

Angioqrafiyanın fəaliyyəti isə gah bərpa olunur, gah da yenidən dayanır. Bu da ürək-damar xəstəliklərindən əziyyət çəkən və angioqrafik müayinəyə ehtiyacı olan pasiyentlər üçün əlavə çətinliklər yaradır. Xəstələr vacib müayinələr üçün başqa tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalırlar. Belə bir vəziyyətin uzun müddət davam etməsi isə haqlı suallar doğurur.

Bundan başqa, klinikada idarəetmə ilə bağlı da narazılıqların olduğu bildirilir. İddialara görə, müəssisədə özbaşınalıqdır və xidmət səviyyəsi isə əvvəlki dövrlə müqayisədə xeyli aşağı düşüb.

Problemlər bununla da bitmir. Bildirilir ki, klinikanın həkimləri may ayı üzrə əməkhaqlarını yalnız bu ay ala biliblər. Maaşların aylarla gecikdirilməsi tibb işçilərinin narazılığına səbəb olmaqla yanaşı, onların maddi vəziyyətinə də mənfi təsir göstərir.

“Reyting.az”ın məlumatına görə, məsələ ilə bağlı “Bizim.Media”-nın sorğusuna cavab olaraq ATU Tədris Cərrahiyyə Klinikasından bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Rəsmi açıqlamada qeyd olunub ki, hazırda klinikada KT və MRT cihazları işlək vəziyyətdədir. Rəsmi qurum açıqlamasını təsdiqləmək məqsədilə sözügedən cihazların fotoşəkillərini də redaksiyaya təqdim edib.

Həmçinin bildirilib ki, əməkdaşların əməkhaqları, eləcə də həkimlərə ödənişli tibbi xidmətlərə görə nəzərdə tutulan bonuslar tam şəkildə ödənilib.

Qeyd edək ki, klinikanın rəsmi cavabında angioqrafiya aparatının fəaliyyəti ilə bağlı iddialara ayrıca münasibət bildirilməyib.

Klinikanın rəsmi açıqlamasından sonra məsələni yenidən araşdırılıb. Müəssisə daxilindəki mənbənin “Bizim.Media”-ya verdiyi məlumata görə, KT, MRT və angioqrafiya aparatları ilə bağlı problemlər aradan qaldırılmayıb və avadanlıqlar nasaz vəziyyətdə olduğundan tam gücü ilə fəaliyyət göstərmir. Nəticədə pasiyentlər müayinələr zamanı çətinliklərlə üzləşir, bəzi hallarda isə başqa tibb müəssisələrinə üz tutmalı olurlar.

Əməkhaqqı məsələsi ilə bağlı da klinikanın rəsmi açıqlaması ilə redaksiyaya daxil olan məlumatlar arasında ciddi ziddiyyət var.

Mənbənin iddiasına görə, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən həkimlərə sonuncu dəfə yalnız may ayının əməkhaqqı ödənilib. İyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə maaşlar isə hələ də verilməyib.



Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap