“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Yaşıl Bağlar“ın hesabları donduruldu - 639 min manatlıq borc mübahisəsi

Tarix 22.11.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Kommersiya Məhkəməsi “SAS AGRO” MMC-nin “Yaşıl Bağlar” MMC-yə qarşı 639 min manatdan artıq borcun tutulması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəsini qismən təmin edib.

Qaynarinfo-nun məlumatına görə, hakim Fərid Hətəmzadənin çıxardığı qərardadla cavabdeh şirkətin bank hesablarına 639 min 586 manat 38 qəpik məbləğində həbs qoyulub.

Məhkəməyə təqdim edilən iddia ərizəsində “SAS AGRO” MMC “Yaşıl Bağlar” MMC-dən iki alqı-satqı müqaviləsi üzrə ümumilikdə 639 min 586 manat 38 qəpik borcun, həmçinin 930 manat dövlət rüsumunun tutulmasını istəyib.

İddiaçı şirkət birinci müqavilə üzrə 252 min 293 manat 16 qəpik, bitki mühafizə vasitələrinin satışına dair ikinci müqavilə üzrə isə 387 min 293 manat 22 qəpik ödənilməmiş borcun qaldığını bildirib.

“SAS AGRO” MMC gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşməməsi üçün cavabdeh şirkətin bank hesablarında və kassasında olan pul vəsaitlərinə ümumilikdə 640 min 516 manat 38 qəpik həddində həbs qoyulmasını xahiş edib.

Məhkəmə iş materiallarını araşdırarkən tərəflər arasında bağlanmış müqavilələri, qiymətlərin razılaşdırılması protokollarını, təhvil-təslim aktlarını və elektron qaimə-fakturaları nəzərə alıb. Sənədlərin malların cavabdehə təhvil verilməsini və əsas borc tələbinin ilkin əsaslılığını təsdiqlədiyi qənaətinə gəlinib.

Qərardadda qeyd olunub ki, tərəflər arasında 2026-cı ildə imzalanmış qarşılıqlı razılaşmanın məzmunu və borc öhdəliyinə təsiri mübahisənin mahiyyəti üzrə araşdırılmalıdır. Bu məsələlərə müvəqqəti təminat tədbiri mərhələsində qiymət verilməsi mümkün hesab edilməyib.

Nəticədə məhkəmə “Yaşıl Bağlar” MMC-yə məxsus bank hesablarına 639 min 586 manat 38 qəpik məbləğində həbs qoyulmasına qərar verib. Bununla belə, şirkətin işçilərinin əməkhaqlarının ödənilməsinə, vergilərin, sosial və digər məcburi ödənişlərin həyata keçirilməsinə məhdudiyyət qoyulmayıb.

Ərizə pul vəsaitlərinin kassaya daxil olan hissəsinə həbs qoyulması tələbi üzrə təmin edilməyib. Qərardadın icrası Suraxanı Rayon İcra Şöbəsinə həvalə olunub.

Qeyd edək ki, Qusar rayonunun ən iri meyvəçilik təsərrüfatlarından biri olan “Yaşıl Bağlar” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Elşən Qədir oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, ev 1/3, mənzil 0-dır.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap