“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Meksikada mafiya babası tutuldu – ABŞ başına 5 milyon qoymuşdu

Tarix 22.11.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Meksikanın Quasave bələdiyyəsində (Sinaloa ştatı) ABŞ Federal Təhqiqat Bürosunun ən təhlükəli cinayətkar elan etdiyi narkokartel başçısı həbs olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Meza-Flores TCO narkotik kartelinin rəhbəri "El Çapo İsidro" kimi tanınan Fausto İsidro Meza Flores Meksika və Amerika təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı zamanı həbs edilib: "Əməliyyat Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri və ordu xüsusi təyinatlı qüvvələri tərəfindən Amerika kəşfiyyat mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Həbs zamanı cinayətkarlar silahlı müqavimət göstəriblər - atəş açılıb və partlayıcı qurğulardan da istifadə edilib. Şəxsiyyətləri təsdiqləndikdən sonra, onlar sonrakı məhkəmə prosesləri üçün Meksika Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Mexiko şəhərinə aparılıblar".

İsidro ilə yanaşı, onun ən yaxın iki adamı da saxlanılıb: biri onun müavini, digəri isə kartelin maliyyə nəzarətçisi vəzifəsində çalışıb.

İsidro 2025-ci ilin fevral ayından bəri FTB-nin ən çox axtarılan on şəxsi siyahısında idi. ABŞ hakimiyyəti onu ABŞ-a idxal üçün metamfetamin, kokain, heroin və marixuana istehsal etmək və yaymaq, eləcə də qanunsuz odlu silah saxlamaq və istifadə etməkdə ittiham edir. ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, kartel Sinaloa ştatında bir sıra qətllərdə, adam oğurluğunda, işgəncələrdə, şantajda və bir neçə hüquq-mühafizə orqanı əməkdaşının qətlində iştirak edib. El Çapo İsidro ABŞ-da ekstradisiya orderi altındadır. FTB onun harada olduğunu göstərən məlumata görə 5 milyon dollara qədər mükafat vəd etmişdi.

Ahome, Guamuchil, Guasave və Navolato bələdiyyələrində kartel liderinin tutulması üçün birgə əməliyyatdan sonra küçələrdə iğtişaşlar başlayıb: avtomobillər və yanacaqdoldurma məntəqələri yandırılıb, atəş səsləri eşidilib və insanlar beysbol oyununun keçirildiyi stadiondan atəş səsləri eşidildikdən sonra panikaya düşərək qaçıblar. Aydınlaşdırılıb ki, kartellərin belə "güc nümayişi" ənənəvi olaraq yüksək səviyyəli liderlərinin həbslərindən sonra qeydə alınır.



Xəbərin oxunma sayı : 586




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap