| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Tarix 21.11.26, 18:24 |
|
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.
Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Azərbaycanda kartdan-karta köçürmələrin həcminin sürətlə artması Mərkəzi Bankın narahatlığına səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci ildə bu əməliyyatların həcminin 66 milyard manata çatdığını, 2026-cı ilin avqust ayına qədər isə 48 milyard manat təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qədər böyük dövriyyəni yalnız vətəndaşlar arasında şəxsi pul köçürmələri ilə izah etmək mümkün deyil. T.Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqəli olduğunu bildirib. Məhz bu riskləri nəzərə alaraq bank sektorunda kartlara gündəlik beş mədaxil əməliyyatı və aylıq 20 min manat limitinin tətbiqi dəstəklənib.
Vergidən yayınma riski artır
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, kartdan-karta köçürmələrin iqtisadi mahiyyət baxımından nağd pulun əlbəəl verilməsindən ciddi fərqi yoxdur. Onun sözlərinə görə, bir şəxs digərinə 100 manat nağd pul verdikdə bu əməliyyat necə rəsmiləşdirilmədən həyata keçirilə bilirsə, kartdan-karta köçürmə zamanı da eyni vəziyyət yarana bilər. Bu baxımdan, əsas məsələ pulun hansı formada ötürülməsi deyil, əməliyyatın iqtisadi mahiyyəti və vergitutma baxımından necə rəsmiləşdirilməsidir.
Ekspert bildirib ki, kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir.
X.Kərimlinin fikrincə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin fərdi kartlarından gedir.
Məhdudiyyətlər qeyri-rəsmi dövriyyəni azaldacaqmı?
Ekspert hesab edir ki, Mərkəzi Bank və bank sektoru vergidən yayınma hallarının geniş yayılması üçün əlverişli şəraitin qalmasında maraqlı deyil. Onun sözlərinə görə, ölkədə əhalinin orta gəlirləri və adambaşına düşən ümumi daxili məhsul göstəriciləri məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hesabına hər ay 20 min manatdan artıq vəsait daxil olmasının iqtisadi əsaslandırılması suallar doğurur.
Ekspert digər risk kimi qanunsuz sahibkarlıq fəaliyyətini, qumar və mərc oyunlarını, eləcə də onlayn kazinolarla əlaqəli pul köçürmələrini göstərib. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər bu cür qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına xidmət edir.
İqtisadçı hesab edir ki, yeni qaydalar kartdan-karta köçürmələrin ümumi dövriyyəsinin artımını məhdudlaşdıracaq. Bununla belə, vergidən yayınmaq istəyən şəxslərin müxtəlif banklardan və başqa insanların adlarına kartlar əldə etməklə mövcud məhdudiyyətləri aşmağa çalışdıqlarını da istisna etmir. Belə ki, hazırkı qaydalar hər bank üzrə kartlara tətbiq edildiyindən, bir şəxsin müxtəlif banklarda kart açdıraraq əməliyyatlarını bölüşdürməsi mümkündür.
Bununla belə, X. Kərimli bildirir ki, bu üsul da sonsuz imkan yaratmır və müəyyən mərhələdə öz məhdudiyyətinə çatacaq.
Kart sayına da məhdudiyyət qoyulmalıdır
Bank məsələləri üzrə ekspert Emin Kərimov da hesab edir ki, kartdan-karta köçürmələrin həcminin bu qədər artması arzuolunan hal deyil. Onun fikrincə, bu göstəricilər kart əməliyyatlarının yaratdığı rahatlıq və mövcud nəzarət mexanizmlərindəki boşluqlardan bəzi sahibkarlıq subyektlərinin, xüsusilə kiçik və orta biznes nümayəndələrinin vergidən yayınmaq məqsədilə istifadə etdiyini göstərir.
E.Kərimov deyib ki, kartdan-karta əməliyyatlara gündəlik say və aylıq məbləğ limiti tətbiq edilməsi ilə yanaşı, bir şəxsin adına açılan kartların sayına da məhdudiyyət qoyulmalıdır. Çünki mövcud qaydalar əməliyyatların alternativ yollarla davam etdirilməsinə imkan yaradır. Belə ki, şəxs öz adına müxtəlif banklardan, eləcə də yaxınlarının adına əlavə kartlar əldə etməklə müəyyən edilmiş limitləri faktiki olaraq aşa bilər.
Ekspertin sözlərinə görə, bəzi hallarda geniş filial şəbəkəsinə malik banklardan müxtəlif filiallar vasitəsilə çoxsaylı debet kartları sifariş etməklə də məhdudiyyətlərdən yayınmaq mümkündür. Bu baxımdan, yalnız əməliyyat sayına limit qoyulması gözlənilən nəticəni verməyə bilər.
E.Kərimovun qənaətincə, problemin həlli üçün bir şəxsin adına olan bütün kartlar üzrə əməliyyatlar vahid sistemdə birləşdirilməli, aylıq 20 min manatlıq limit fərdi qaydada hesablanmalıdır. Yəni vətəndaşın neçə bankda və neçə kartı olmasından asılı olmayaraq, ümumi dövriyyəsi nəzərə alınmalıdır. Limitin aşılması halında isə müvafiq nəzarət mexanizmləri işə düşməli, əməliyyatın xarakterindən asılı olaraq vergi orqanları tərəfindən araşdırma aparılmalıdır.
O əlavə edib ki, kartdan-karta köçürmələrdən istifadənin məhdudlaşdırılması ilə yanaşı, sahibkarların alternativ ödəniş vasitələrinə yönləndirilməsi də vacibdir. Bunun üçün POS-terminalların, mobil POS və QR ödənişlərinin təşviqi, banklar və elektron pul təşkilatları tərəfindən maarifləndirmə işinin gücləndirilməsi zəruridir.
Xəbərin oxunma sayı : 535
Sosial
Xəbərlər
-
Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“
-
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
-
Söküntülər, tələbə axını və bahalı mənzillər - Bakıda kirayə haqqı niyə artır?
-
"Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - İlham Əliyev
-
Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
-
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik” - Paşinyan
-
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
-
TƏBİB yoxlama aparmışdı - Şöbə müdiri işdən çıxarıldı
-
“Vyetnama Vətən müharibəsi dövründəkii dəstəyə görə minnətdarıq“ - İlham Əliyev
-
Buğda istehsalında məhsuldarlıq necə artırılacaq? - Palata rəsmisindən açıqlama
-
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” - Melaniya Tramp
-
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Prezident
-
20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri
-
Almaniyalı nazir Bakının şərtini dəstəklədi - Ermənistan Konstitusiyası dəyişdirilməlidir
-
Prezident və xanımının şərəfinə rəsmi nahar verilib - Fotolar
-
Berlində gizli danışıqlar: ABŞ və İran arasında vasitəçilik hələlik nəticə vermir
-
“Yorğun halda sükan arxasına əyləşməyin” - Yol polisindən sürücülərə müraciət
-
Abbaszadə BDU-da kadr dəyişikliyinə başladı - Nərmin Heydərli vəzifəsindən azad edilidi
-
Tikinti sektorunda geriləmə - Mənzil bazarını nə gözləyir?
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
-
“Böyük bosslar dünyanın taleyini həll edə bilməz” - Zelenski
-
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı
-
Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video
-
Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar
-
İsa Qəmbərin Almaniyaya səfərinə icazə verilmədi - Hava limanından geri qaytarıldı
-
“Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik“ - To Lam
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - SİYAHI
-
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - Fotolar
-
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
-
Məni öldürmək istəyirlərsə, demək, İranın vəziyyəti həqiqətən pisdir - Bessent
-
Badamdarda sürüşmə, evin həyəti ikiyə ayrıldı - VİDEO
-
Azərbaycan və NATO rəsmiləri görüşdü - Nələr müzakirə olundu?
-
“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama
-
Qan təzyiqi dərmanları tibbi sığorta ilə qarşılanacaq - VİDEO
-
Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
-
Zabrat qəsəbəsində səki keçilməz vəziyyətdədir - VİDEO
-
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
-
“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq
-
Azərbaycan Prezidentinin Hanoyda rəsmi qarşılanma mərasimi oldu - VİDEO
-
“Tünzalə keçmişini unudandır“ - Elza Seyidcahan
-
“Şərur İnşaat“ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır
-
Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər - “Politico”
-
Pambıq yığımı kəskin azaldı: Məhsulun üçdə biri hələ də sahələrdədir
-
Şimali Kiprdə saxlanılan 3 azərbaycanlıya qarşı ittiham ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
“Bu yarışda qalib gələn hər şeyə sahib olacaq“ - Tramp
-
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır - İcra Hakimiyyətindən ŞİKAYƏT
-
Hansı rayonlarda qoyun və keçilərin sayı nə qədər artıb? - SİYAHI
-
Milyonlar xərclənib, amma biri də işləmir: Bakıda elektromobil sahiblərinin “rozetka” dərdi
-
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır - 2 MİLYON MANAT!
-
Hansı rayonlarda insanlar kafe-restoranlarda nə qədər pul xərcləyib? - Tam siyahı
-
Bazarda qiymətlər “əl yandırır”: soğan 3 dəfə, xiyar isə 2 dəfə bahalaşdı
-
“Aqrar Sığorta” 9 aylıq maliyyə göstəricilərini gizlədir - İLGİNC
-
Putin səhvən Polşaya dronlar və bir neçə raket göndərib - Tramp
-
Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Azərbaycanda ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - Siyahı
-
Prezidentin Vyetnama səfərindən görüntülər paylaşıldı - VİDEO
-
Bakıda kişi siqaretə görə arvad-uşağını döydü - TƏFƏRRÜAT
-
İŞİD-ə qoşulan azərbaycanlılar mağara düşərgəsində ələ keçirildi - DTX-dən xüsusi əməliyyat
-
Avropanın ən borclu ölkələri açıqlanıb - Yunanıstan və İtaliya liderdir
-
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
-
Yeni marşrut xətti açılır - 4 avtobus 15 dəqiqə intervalla işləyəcək
-
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir - “İki aydan çoxdur ki...“
-
Əhalinin sayı artdı, doğum və nikah göstəriciləri gerilədi - STATİSTİKA
-
İcra başçısının şikayəti təmin edildi – Kəndli cərimələndi
-
Milyonluq borc mübahisəsi: “TVM İnşaat“ın hesabları donduruldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Nədə ttiham olunur?
-
“Nar ağaclarını kəsib yerində restoran tikirlər” - VİDEO
-
Xaricdən Azərbaycana tonlarla heyvan qaraciyəri gətirilib - Kiloqramı 3,9 manata
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO
-
Baş prokuror Binəqədidə vətəndaş qəbulu keçirdi - FOTO
-
Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb - TƏFƏRRÜAT
-
Nərimanov icra hakimiyyəti parkın ərazisini “MADO” restoranına satıb? - VİDEO/FOTO
-
“İS.M.M“ MMC daha bir tender qazandı - Bərdədən sonra Şabrandan 445 min manatlıq sifariş
-
Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi - Yeni abidələr əlavə olundu
-
Məşhur şirkətin Bakıdakı otelinin yerləşdiyi bina 2,4 milyona hərraca çıxarıldı - Fotolar
-
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə sədri ilə görüşüb - Fotolar
-
AMEA-nın strukturunda dəyişiklik edildi - Elmi müəssisələrin sayı artırılır
-
Orxan Kəngərli ilə birlikdə aptek müdiri də tutuldu - Nədə ittiham olunur?
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
-
Maliyyə Nazirliyində yeni təyinat - Soltanov direktor oldu
-
ABŞ rəsmisi Qayanaya Essequibonun bir hissəsini Venesuelaya verməyi təklif edib - Reuters
-
Prezident Vyetnamın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Nar ixracına məhdudiyyət qoyula bilər - AQTA-dan xəbərdarlıq
-
“Böyük vədlərlə başlamaq istəməzdim“ - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Milyonlarla manatlıq tenderlər qazanan şirkət fəaliyyətini dondurdu - TƏFƏRRÜAT
-
Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
-
Beyləqanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu - Fotolar
-
Media qurumlarına xəbərdarlıq: Saxta göstəricilərə görə maliyyə dayandırılacaq
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində - Fotolar
-
Bakıda həkimin cangüdəni ilə sürücüsü dava saldı: biri bıçaqlandı
-
“Atlant“ın rəhbəri Tahir Qədəşov vəfat etdi - ürək çatışmazlığından...
-
Torpaqlarımızı Rusiyaya vermək istəsəydik, bunu 2022-ci ildə edərdik - Zelenski
-
Sabiq nazirə yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
“Avropa üçlüyü” Rusiya ilə dialoq imkanlarını müzakirə edir - “Bloomberg”
-
“Benzin ala biləcək vəziyyətdə deyilik” - Qalın geyinməyə çağırdı
-
SOCAR-da QOÇU peyda olub: İşçini basıb döyür...
-
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - Fotolar
-
Dünya üç yerə bölünəcək: bu dövlətlər birləşəcək - Sensasion ssenari
-
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri“ abidəsini ziyarət edib - FOTOLAR
-
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur
-
Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
-
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
-
Qarakənd faciəsindən 35 il ötür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
FİFA prezidentliyi uğrunda üç nəfər yarışacaq - Namizədlər kimlərdir?
-
Sabunçuda dayandırılan tikinti yenidən aparılır? - VİDEO
-
İlhamə Abdullayeva işdən çıxarıldı - Yerinə sabiq nazir gəlir
-
Beynəlxalq axtarışda idi, Azərbaycana gətirildi - 445 min manatlıq mənimsəmə…
-
Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul etdilər - Təfərrüatlar
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - Fotolar
-
Zelenski Makron və Mertslə görüşüb - Kiyevin ehtiyacları müzakirə olunub
-
İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı - FOTO
-
Bu istiqamətdə hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
-
Prezidentin sosial media hesablarında videoçarx paylaşıldı - VİDEO
-
Vəkil Orxan Kəngərli həbs edildi - Məhkəmədən qərar
-
20 Noyabr Ağdam Şəhəri Gününü xalqımız qürurverici anlarla qarşılayır
-
Azərbaycanda müəllimlərin sayı azalıb - RƏQƏMLƏR
-
Müdafiə Nazirliyi məlumat yaydı - Təlim toplanışı başlayıb
TOP 10
ARXİV






