“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Berlində gizli danışıqlar: ABŞ və İran arasında vasitəçilik hələlik nəticə vermir

Tarix 21.11.26, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ABŞ ilə İran arasındakı danışıqlarda Dohanın vasitəçiliyini müzakirə etmək üçün Berlində Qətər rəsmiləri ilə görüşüblər.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb. Mənbələrin verdiyi məlumata əsasən, Qətər nümayəndə heyətinə baş nazir Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və onun müşaviri Əli Əl-Tavadi daxil olub. Qətər artıq bir neçə həftədir ki, ABŞ və İranın atəşkəs rejiminin bərpası, nüvə proqramı üzrə danışıqların yenidən başlanması və münaqişənin yeni gərginlik mərhələsinə keçməsinin qarşısının alınması istiqamətində razılığa gəlməsinə kömək etməyə çalışır.

Bununla belə, Barak Ravid əlavə edib ki, Dohanın vasitəçilik səyləri hələlik nəzərəçarpacaq nəticə verməyib və tərəflər arasında ciddi irəliləyiş qeydə alınmayıb.

Qeyd edək ki, Berlindəki təmaslardan əvvəl İran danışıqçılarının kiçik nümayəndə heyəti Dohada qətərli həmkarları ilə görüş keçirib. Paralel olaraq, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, dondurulmuş vəsaitlərin açılması, sanksiyaların ləğvi və qarşılıqlı etimadsızlıq kimi məsələlər diplomatik prosesin önündə əsas maneələr olaraq qalmaqdadır.



Xəbərin oxunma sayı : 454




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap