“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO

Tarix 12.11.26, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalanda sakinlərin binanın qarşısındakı istirahət yeri hasara alınıb.

Ərazidə ağaçların kəsildiyi, keçmiş parkın yerində obyekt tikiləcəyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər ərazinin uzun müddət baxımsız qaldığını, ətrafa məişət tullantılarının atıldığını deyirlər. Amma onların narahatlığı isə ərazinin zəbt olunması ilə bağlıdır.

Sözügedən ərazinin sahibi olduğunu bildirən Vüqar Əzizov isə sakinlərin iddialarını təkzib edib. Bildirib ki, sözügedən torpaq sahəsi vaxtilə qanuni şəkildə əldə olunub.

Abşeron Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ərazi 10 ildən artıqdır vətəndaşın çıxarış əsasında mülkiyyətindədir. Qeyd olunub ki, həmin ərazidə bir neçə dəfə antisanitar vəziyyət yarandığından mülkiyyətçiyə torpaq sahəsinin təmiz və səliqəli saxlanılması ilə bağlı müvafiq xəbərdarlıqlar edilib. Hətta cərimə də tətbiq olunub. İcra hakimiyyətinin ərazidə apardığı baxış zamanı isə hər hansı ağacın kəsilməsi faktı qeydə alınmayıb.





Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap