“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA

Tarix 12.11.26, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını, vəkili ilə birlikdə əyləşməsi barədə vəsatət verib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən İ. Hacıyevanın vəkili ilə birlikdə əyləşməsi barədə olan vəsatətin təmin edildiyini, digər vəsatətin təmin edilmədiyini bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən İ. Hacıyeva ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bildiyini deyib.

Növbəti proses 8 dekabra təyin olunub.

Xatırladaq ki, hadisə 28 iyun 2026-cı ildə Bakının Yasamal rayonu ərazisində baş verib.

İddialara görə, hadisənin baş verməsinə uzun illərdir davam edən məişət zorakılığı səbəb olub. İ. Hacıyevanın ali təhsili olmasına rəğmən həyat yoldaşı iyirmi ildən artıq müddətdə onu ev dustağı edib və işləməsinə imkan verməyərək, evdən çıxmasına mütəmmadi olaraq maneələr yaradıb. Qonşuların bildirdiyinə görə, Hacıyev tüfeyli həyat tərzi sürüb, onları narahat edib və hər gün spirtli içki içərək İ. Hacıyevanı fiziki zorakılığa məruz qoyub.

Hadisə baş verən gün İradə Hacıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Elşən Hacıyevə balta ilə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində E. Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. Həmin an evdə olan iki oğlu son anda müdaxilə edərək, baltanı İ. Hacıyevadan alıblar. Yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb, İradə Hacıyeva Cinayət Məcəlləsinin 120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 385




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap