“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı

Tarix 12.11.26, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 faiz artıb.

AzFakt.com xəbər verir ki, cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0,3 faiz, 2025-ci ilin oktyabr ayına nisbətən isə 5,2 faiz artıb.

2026-cı ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,7 faiz artıb. Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz artıb. Oktyabr ayında əvvəlki ayla müqayisədə kəsilmiş taxta, boya, parket üçün lak, mebel və led lampaların qiymətləri bahalaşıb, yuyucu vasitələr və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4,7 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Xəbərin oxunma sayı : 307




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap