“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi

Tarix 12.11.26, 18:37

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Rusiyanın KTMT ilə bağlı mövqeyini tənqid edərək Moskvanı təşkilatın fəaliyyətsizliyinə haqq qazandırmaqda ittiham edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rubinyan bəzi rusiyalı tərəfdaşlarının Ermənistanın KTMT-dən Qarabağ məsələsinə görə narazılıq etməsi barədə fikirlərini həqiqətə uyğun saymayıb.

“Ermənistan heç vaxt Qarabağ məsələsi ilə bağlı KTMT-yə müraciət etməyib”, – deyə o bildirib.

Rubinyanın sözlərinə görə, İrəvan 2021–2022-ci illərdə Azərbaycanın Ermənistanın suveren ərazisinə (?!-red.), o cümlədən Geğarkunik, Vayots Dzor və Sünik vilayətlərinə hücum etdiyini iddia edərək KTMT-yə müraciət edib.

Erməni siyasətçi bildirib ki, İrəvan həmin vaxt təşkilatdan müqavilə öhdəliklərini yerinə yetirməsini gözləsə də, bu baş verməyib.

“Bütün bəraət cəhdləri uğursuzluğa məhkumdur. Çünki üzv dövlətin suveren ərazisini qorumaq üçün yaradılmış təşkilatın fəaliyyətsizliyinə haqq qazandırmaq mümkün deyil. KTMT öz müqaviləsini pozub”, – deyə Rubinyan iddia edib.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap