“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı

Tarix 07.11.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


“Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır. Belə ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunmuşdu...”

AzFakt.com xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilir.

Açıqlamada daga sonra qeyd edilir ki, AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib, vitse-prezident vəzifəsini icra edən təyin olunub: “Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünmüş, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılmışdır.

Bir neçə gündən sonra 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət etmişdir.

Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”.

Qeyd edək ki, dövlətə xəyanət və digər ağır cinayətlərdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Ramiz Mehdiyevin hakimiyyətin çevrilişi cəhdindən sonra müəyyən şəxsləri vəzifəyə gətirəcəyi barədə iddialar yayılmışdı. Həmin şəxslərin arasında akademik İsa Həbibəylinin də adı çəkilərək onun Milli Məclisin sədri təyin olunacağı bildirilirdi.



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap