“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

SOCAR ABŞ şirkətindən 1,65 milyardlıq pay aldı - Əsas səhmdarı Tramp tərəfdarıdır

Tarix 05.11.26, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-də təbii qaz hasilatı və infrastrukturu sahəsində fəaliyyət göstərən bir sıra aktivlərdə iştirak payı əldə edir.

AzFakt.com xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, 2026-cı il noyabrın 4-də SOCAR ilə ABŞ-nin “Comstock Resources” şirkəti arasında “Haynesville” hövzəsindəki layihələr üzrə iştirak paylarının alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, SOCAR “Legacy Haynesville” layihəsinin kəşfiyyat və hasilat aktivlərində 20 faiz, “Western Haynesville” layihəsinin müvafiq aktivlərində isə 15 faiz iştirak payı əldə edəcək. Bundan başqa, SOCAR “Comstock” şirkətinə məxsus “Pinnacle Gas Services LLC”dəki 73 faizlik iştirak payının 15 faizini də alacaq.

Sövdələşmənin ümumi dəyəri alış qiymətinə standart düzəlişlər tətbiq edilməklə 1,65 milyard ABŞ dolları təşkil edir.

SOCAR-ın payı sonradan azaldıla bilər

Müqavilənin diqqətçəkən şərtlərindən biri “Western Haynesville” layihəsində SOCAR-ın iştirak payı ilə bağlıdır. Belə ki, beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra şirkətin bu layihədəki iştirak payı 15 faizdən 7,5 faizə endiriləcək.
Digər mühüm məqam isə SOCAR-ın əldə edəcəyi payların əməliyyatların idarə edilməsində iştirak hüququ verməməsidir. Yəni layihələrin gündəlik idarə olunması, hasilat və texniki qərarların qəbulu “Comstock” şirkətinin nəzarətində qalacaq.

ABŞ-nin mühüm qaz hövzələrindən birinə investisiya

“Haynesville” ABŞ-nin ən böyük şist qazı hövzələrindən biridir. Əsasən Luiziana və Texas ştatlarının ərazisini əhatə edən bu hövzə ölkənin təbii qaz hasilatında mühüm yer tutur.

“Comstock Resources” şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz bu ərazidə qazın kəşfiyyatı və hasilatıdır.
Saziş çərçivəsində SOCAR-ın iştirak payı əldə edəcəyi “Legacy Haynesville” şirkətin artıq hasilat həyata keçirdiyi və gəlir gətirən aktivlərini əhatə edir. “Western Haynesville” isə daha geniş inkişaf perspektivlərinə malik layihə kimi qiymətləndirilir.
“Pinnacle Gas Services LLC” isə birbaşa qaz hasilatı ilə deyil, hasil edilmiş qazın toplanması və nəqli üçün infrastruktur xidmətləri ilə məşğuldur. Bu baxımdan SOCAR yalnız hasilat aktivlərinə deyil, həm də qazın bazara çatdırılması zəncirinin bir hissəsinə investisiya yatırmış olacaq.

1,65 milyard dollarlıq saziş “Comstock” üçün nə vəd edir?

Sövdələşmənin “Comstock Resources” üçün də mühüm maliyyə əhəmiyyəti var.
Şirkətin yüksək borc yükü və yeni investisiyalara olan ehtiyacı nəzərə alınarsa, SOCAR-la imzalanan müqavilə ona əlavə maliyyə resursları əldə etməyə və borc öhdəliklərini azaltmağa imkan verə bilər.

Açıq maliyyə məlumatlarına əsaslanan təhlillərə görə, “Comstock”un 2026-cı ilin ikinci rübünün sonuna uzunmüddətli borcu təxminən 3,1 milyard dollar, nağd vəsaiti isə 45 milyon dollar təşkil edib. Şirkətin həmin il üçün kapital xərcləri ilə bağlı planı isə 1,45-1,55 milyard dollar olub.
SOCAR-la bağlanan müqavilə şirkətin aktivlərinin bir hissəsini satmaqla maliyyə vəziyyətini yaxşılaşdırmaq strategiyasının mühüm mərhələsi hesab olunur.

Bununla yanaşı, tərəflər Haynesville hövzəsində hasil edilən qazın mayeləşdirilmiş təbii qaz (LNG) formasında xarici bazarlara çıxarılması imkanlarını da birgə araşdırmağı planlaşdırırlar.

SOCAR üçün hansı imkanlar və risklər var?

SOCAR-ın bu investisiyası şirkətin beynəlxalq bazarlarda mövqelərinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
İlk növbədə, ABŞ-nin qaz bazarına çıxış SOCAR-a gəlirlərini şaxələndirmək, müxtəlif bazarlarda aktivlərini artırmaq və LNG ticarəti sahəsində yeni imkanlar əldə etmək perspektivi yaradır.

Bununla yanaşı, layihələrdə iştirak SOCAR üçün ABŞ-nin şist qazı sektorundakı texnologiyalar və təcrübə ilə daha yaxından tanış olmaq imkanı da yarada bilər.
Lakin investisiyanın müəyyən riskləri də var. Əsas risklərdən biri təbii qazın qiymətidir. Çünki layihələrin gəlirliliyi böyük ölçüdə ABŞ bazarında qazın qiymətindən asılı olacaq. Qiymətlərin aşağı səviyyədə qalması SOCAR-ın investisiyadan gözlədiyi gəliri əldə etməsini gecikdirə bilər.
Bundan başqa, SOCAR-ın layihələrin idarə olunmasında iştirak hüququnun olmaması şirkətin hasilat və investisiya qərarlarına birbaşa təsir imkanlarını məhdudlaşdırır.

SOCAR-ın yeni ortağı Trampın tərəfdarlarındandır

SOCAR-ın pay aldığı ABŞ-nin “Comstock Resources” şirkətinin əsas səhmdarı Cerri Counz ABŞ-nin tanınmış milyarderlərindən biri, “Dallas Cowboys” futbol klubunun sahibi və şirkətinin nəzarətedici səhmdarıdır.
Counz 2018-ci ildə “Comstock”un nəzarət paketini əldə edib. Həmin vaxt şirkətin səhmdarları ilə bağlanan razılaşmaya əsasən, onun ailəsinə məxsus şirkətlər “Comstock”un yeni buraxılan səhmlərini əldə edərək şirkətdə nəzarət payına sahib olublar. 2019-cu ildə şirkət Conzun iştirak payını 75 faiz səviyyəsində göstərib.

Cerri Counz uzun illərdir Respublikaçılar Partiyasını dəstəkləyən və ABŞ-də siyasi proseslərə maliyyə ayıran iş adamlarından biri hesab olunur.
Məsələn, 2017-ci ildə Donald Trampın ilk prezidentlik andiçmə mərasimi üçün yaradılmış komitəyə Cerri Counzun rəhbərlik etdiyi “Glenstone” şirkətlər qrupu vasitəsilə 1 milyon dollar ianə edilib. ABŞ mediasının məlumatına görə, ianə birbaşa Counzun deyil, onunla əlaqəli “Glenstone Limited Partnership” şirkətinin adı ilə rəsmiləşdirilib.


2025-ci ildə Trampın ikinci dəfə prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədar təşkil edilən andiçmə mərasiminə də Counzun ianə etdiyi təsdiqlənib. “Front Office Sports” nəşrinə “Dallas Cowboys” klubunun nümayəndəsi bunu təsdiqləsə də, ianənin məbləği açıqlanmayıb.
Cerri Counzun Trampa maliyyə dəstəyi 2026-cı ildə də davam edib. ABŞ mediasının Federal Seçki Komissiyasının (FEC) məlumatlarına istinadən yaydığı xəbərlərə görə, milyarder aralıq seçkiləri ərəfəsində Trampla əlaqəli “MAGA Inc.” siyasi fəaliyyət komitəsinə 1 milyon dollar, Texas ştatındakı respublikaçı namizədləri və siyasi təşkilatları dəstəkləmək üçün isə təxminən 500 min dollar vəsait ayırıb.

Counzun adı Trampla bağlı başqa bir maraqlı hadisədə də hallanıb. ABŞ-nin “NOTUS” nəşrinin 2026-cı ilin martında yaydığı məlumata görə, Ağ Evin miqrasiya məsələləri üzrə müşavirinin müavini Cakilin Klopp “Comstock” şirkətinin səhmlərini alıb. (yeniavaz.com)




Xəbərin oxunma sayı : 262




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap