“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu şirkət dövlət qurumlarının 8 888,88 və 7 777,77 manatlıq tenderlərində qalib olub - TƏFƏRRÜAT

Tarix 05.11.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Apellyasiya Məhkəməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 8 min 888 manat 88 qəpik olan tender müsabiqəsinin qalibi “Procure Masters” MMC (VÖEN – 2008286441) olub.

“Procure Masters” MMC Gəncə Apellyasiya Məhkəməsinə kreslolar, oturacaqlar, tumbalar, asılqan, kondisionerlər və printerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Procure Masters” MMC 2023-cü ilin oktyabr ayında vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Polad Həşimov küçəsi, ev 17, mənzil 15-də yerləşən MMC-nin qanuni təmsilçisi Əhmədli Nazim Namiq oğludur.

Məlumat üçün bildirək ki, “Procure Masters” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri tenderlərin dəyərinin bəzi hallarda eyni və ya qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
Yevlax Rayon Mərkəzi Xəstəxanasının tenderi – 77 777,77 manat;
Respublika Endokrinoloji Mərkəzinin tenderi – 29 999,92 manat;
Nərimanov Tibb Mərkəzinin tenderi – 11 555,11 manat;
Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin tenderi – 1 212,21 manat.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap