“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Pensiya və sosial müavinətlər artırılır - Yeni məbləğlər

Tarix 05.11.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


2027-ci ildə Azərbaycanda orta aylıq pensiyanın 640 manata çatacağı, bir sıra sosial müavinətlərin isə əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir.

AzFakt.com xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin müvafiq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin müzakirəsi zamanı bu barədə məlumat verib.

Onun sözlərinə görə, cari ildə orta aylıq pensiyanın 595 manat olacağı, gələn il isə bu göstəricinin 45 manat artaraq 640 manata yüksələcəyi proqnozlaşdırılır. Qeyd olunub ki, orta aylıq pensiyanın orta aylıq əməkhaqqının 50 faizindən az olmaması prinsipi növbəti ildə də qorunacaq.

Musa Quliyev bildirib ki, pensiyaların minimum məbləğinin ölkə üzrə pensiyaçılar üçün müəyyən edilən yaşayış minimumunu üstələməsi meyarı da 2027-ci ildə qüvvədə qalacaq.

Sosial müavinətlərdə ciddi artım

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üçün 280,63 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 77,06 milyon manat və ya 37,85 faiz çoxdur.

Büdcə proqnozlarına əsasən, gələn il bir sıra ödənişlərin məbləği artırılacaq:

- Uşağın anadan olmasına görə müavinət 600 manatdan 1500 manata;

- Sığortaolunanlar üçün dəfn müavinəti 590 manatdan 700 manata;

- Pensiyaçılar üçün dəfn müavinəti 936 manatdan 1200 manata;

- Üç yaşınadək uşağa qulluğa görə aylıq müavinət 37 manatdan 100 manata çatdırılacaq.

Proqnozlara görə, gələn il 56 004 nəfərin uşağın anadan olmasına görə müavinət alacağı gözlənilir. Bu məqsədlə 84 milyon manat vəsait nəzərdə tutulub.

Üç yaşınadək uşağa qulluğa görə müavinət alanların sayının 24 870 nəfər, dəfn müavinəti alanların sayının isə 42 879 nəfər olacağı proqnozlaşdırılır.

Pensiyalara 8,7 milyard manatdan çox vəsait ayrılır

2027-ci ildə əmək pensiyalarının ödənilməsi üçün 8 milyard 669,43 milyon manat xərclənməsi nəzərdə tutulub. Bu, cari ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiyaların indeksləşdirilməsi göstəricisi gələn il üçün 7,5 faiz hesablanıb. Sənəddə 2026-cı ilin sonuna orta aylıq pensiyanın 663,82 manat olacağı da proqnozlaşdırılıb.

Ümumilikdə, 2027-ci ildə əhaliyə ödənişlər üçün 8 milyard 950,06 milyon manat vəsait ayrılması planlaşdırılır.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap