“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ağ Evdə İranla neynəyəcəklərini bilmirlər - Ara seçkilər aranı qarışdırdı

Tarix 05.11.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Ara seçkilərdən sonra ABŞ administrasiyasında İranla bağlı növbəti addımlar barədə fikir ayrılıqları güclənib.

Məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Qəzetin Ağ Evdəki mənbələrinə görə, bəzi rəsmilər ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni zərbələr endirməyə və sonra sülhə nail olmağa çalışmağa çağırır, digərləri isə onun vaxtında hərbi əməliyyatı dayandırmalı və məhdudlaşdırmalı olduğuna inanırlar.

Nəşr qeyd edir ki, hazırkı vəziyyət Respublikaçılar Partiyasının ara seçkilərdə məğlubiyyətindən sonra administrasiya daxilində İrana qarşı hərbi əməliyyatlarla bağlı artan fikir ayrılıqlarını göstərir.

Tramp özü isə dünən istədiyi vaxt İranla müharibəyə son qoyacağını bəyan edib. Lakin onun sözlərinə görə, bu, "düzgün edilməlidir". Amerika lideri həmçinin Respublikaçıların ara seçkilərdə məğlubiyyətinin əsasən İranla müharibə və yanacaq qiymətlərinin artması ilə bağlı olduğunu etiraf edib.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap