“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azenco” işi üzrə Etibar Pirverdiyevin adı hallandı - 15 minlik gül, 55 minlik məsləhətçi maaşı

Tarix 03.11.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6

 
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə 1 il əvvəl həbs olunan keçmiş sədr 3 milyon 700 min manat mənimsəmədə ittiham olunur.

Musavat.com xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında isə işin gedişatına işıq salan bir sıra maraqlı və gözlənilməz detallar üzə çıxıb.

Prosesin əvvəlində “Azenco”nun nümayəndəsi məhkəmənin qapalı keçirilməsini tələb edib. Buna səbəb kimi şirkətin həm ölkə daxilində, həm də xaricdə geniş əlaqələrə malik olması göstərilib. Nümayəndə məhkəmədə səslənən fikirlərin ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etmədiyini bildirib. Lakin müdafiə tərəfi bu vəsatətə sərt şəkildə etiraz edib. Məhkəmə tərəflərin mövqeyini nəzərə alaraq prosesin açıq şəkildə davam etdirilməsinə qərar verib və vəsatəti təmin etməyib.

İclasda şahid qismində ifadə verən Vüqar Əliyevin xələfi – “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb. Pərviz Hacıyev bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyır və həmin dövrdə şirkətdə maliyyə məsələləri birbaşa onun nəzarətində olub.

Şahid Özbəkistandakı bir şirkətlə bağlı maraqlı bir nüansı açıqlayıb:

“Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlmişdi. Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Səbəbini soruşanda dedi ki, Özbəkistan şirkətinin əvvəlki məbləği ödəməyə imkanı yoxdur. Biz bu işdən cəmi 3 milyon qazanc götürdük”.

Pərviz Hacıyev əlavə edib ki, şirkətin maliyyə hesabatları hər gün ona təqdim olunub və o, bu hesabatlarda bəzi şübhəli kənar xərclər müəyyən edib:

“Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Bununla bağlı şifahi şəkildə soruşduqda cavab verildi ki, “energetiklər günüdür, hədiyyə almaq lazımdır”.

Hazırkı sədr qeyd edib ki, o, yalnız şifahi xəbərdarlıqla kifayətlənib, həmin dövrdə bunun birbaşa cinayət əməli olduğunu bilməyiblər. O, həmçinin Sinqapurda olan şirkətlə tender müqaviləsinin bağlanmasından məlumatsız olduğunu vurğulayıb.

Məhkəmədə ən gərgin anlar “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin adının hallanması zamanı yaşanıb. Təqsirləndirilən Vüqar Əliyev özünü müdafiə edərkən bildirib ki, o, heç bir mənimsəmə və ya cinayət faktına yol verməyib:

“Əgər belə hal olsaydı, məndən yuxarı vəzifəli şəxsə məlumat verərdilər. Bu vəzifəli şəxs öz aramızda “şef” adlandırdığımız Etibar Pirverdiyev idi. Mən tenderlərdə qiymətləndirmə işlərinə nəzarət etməmişəm, ümumi müzakirələrdə iştirak etmişəm. Bütün xarici müzakirələrdə isə əsas şəxs Etibar Pirverdiyev olub”.

Müdafiə tərəfi şahid Pərviz Hacıyevə Etibar Pirverdiyevin şirkətdəki rolu və “Nur” MMC-nin kimə məxsus olması ilə bağlı suallar ünvanlamağa çalışsa da, prokurorluq bu sualların hazırkı cinayət işinə aidiyyəti olmadığını bildirib. Hakim prokurorun mövqeyini dəstəkləyərək həmin sualların cavablandırılmasına icazə verməyib. Buna baxmayaraq, vəkil Nurlan Məmmədov diqqətçəkən bir iddia səsləndirib: “Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib və 55 min manat əməkhaqqı alıb. Heç adi bir məsləhətçi bu qədər maaş alar?”

İclasın sonunda təqsirləndirilən şəxsin vəkili Nurlan Məmmədov Vüqar Əliyevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün elektron sistemə vəsatət yerləşdirib. Vəkil müvəkkilinin şahidlərə təsir göstərmək iddiası ilə həbsdə saxlanılmasının əsassız olduğunu, həmçinin onun 5 azyaşlı övladının olduğunu diqqətə çatdırıb.

Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu qeyd edərək təmin olunmamasını istəyib. Hakimlər heyəti müşavirədən sonra vəsatəti təmin etməyib.

Növbəti proses noyabrın 16-na təyin olunub.



Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap