“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kozinoğlunun ölümü ilə bağlı detallar ortaya çıxdı - Bədənində ölümcül maddə aşkarlandı

Tarix 03.11.26, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatının əməkdaşı Kaşif Kozinoğlunun məzarının açılmasından sonra götürülmüş nümunələr üzərində Məhkəmə Tibb Qurumu tərəfindən aparılan ilkin araşdırmaların nəticəsi bəlli olub.

AzFakt.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılmış autopsiyanın və laborator analizin nəticəsində Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə aşkar edilib.

Bununla belə, aparılan analizlər nəticəsində K.Kozinoğlunun məzar torpağında heç bir zəhərli maddəyə rast gəlinməyib.

Dəqiq ölüm səbəbinə dair yekun qiymətləndirmənin yer alacağı Məhkəmə Tibb Qurumu Ali Şurasının hesabatının prokurorluğa təhvil verilməsi gözlənilir. 

Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Kozinoğlunun ölümü ilə bağlı sentyabr ayında yenidən başladılan istintaq çərçivəsində məzarının açılması barədə qərar qəbul edilib. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib. Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan, daha sonra isə azadlığa buraxılan keçmiş həbsxana həkimi Turgay Tamer sentyabr ayında İstanbuldakı evində ölü tapılıb.

Onu da bildirək ki, Kaşif Kozinoğlunun ölümü ilə bağlı işdə “Kurtlar Vadisi Pusu” serialı da diqqət çəkib. Belə ki, araşdırma çərçivəsində bir müddət öncə layihənin ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadəyə çağırılıb. Buna səbəb isə serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümündə “Kazım Kaşifoğlu” adlı obrazın həbsxana kamerasında saxlanılması və döyülməsi, onunla bağlı ölüm təhdidlərinin səsləndirilməsinin müəyyən edilməsi olub. Bölümün yayımlanmasından cəmi iki gün sonra K.Kozinoğlu Silivri həbsxanasında həyatını itirib.

Bundan başqa, Kozinoğlunun ölümündən sonra, 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümdə “Kazım Kaşifoğlu” obrazının şpris vasitəsilə damarına hava yeridilərək öldürülməsi səhnəsi də araşdırmaya daxil edilib.

Sözügedən bölümlərin hamısında isə R.Şaşmaz, B.Özdener və C.Aysan ssenarist kimi çalışıb.

Fotoda Necati Şaşmaz, Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap