“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ xüsusi nümayəndəsi elan etdi - Rusiya və Ukrayna Abu Dabidə masaya oturacaq

Tarix 03.11.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steve Uitkoff bildirib ki, Birləşmiş Ştatların vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə 10-11 noyabr tarixlərində danışıqlar aparılacaq.

Steve Uitkoff "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda qeyd edib: 

"Görüşmələr savaş sonrası təhlükəsizlik, gərginliyin azaldılması, humanitar yardım təşəbbüsləri və sülhə doğru sonrakı addımlar üzərində cəmləşəcək".

Amerikalı rəsmi danışıqların "Prezident Donald Trampın Rusiyanın Ukraynadakı müharibəsini sonlandırmaq səylərinin bir hissəsi olaraq" işçi qrupu səviyyəsində baş tutacağını açıqlayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, bu həftə amerikalı müzakirəçilər həmçinin Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə bir araya gələcəklər. Görüşdə "Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropanın müharibədən sonrakı təhlükəsizlik memarlığı və Ukraynanın yenidən qurulması üçün iqtisadi yardım imkanları" nəzərdən keçiriləcək.

Uitkoff vurğulayıb: "Kiyev, Oslo və Sankt-Peterburqda əldə olunan irəliləyişləri əsas götürərək, gələcək nəsillərin uzunmüddətli təhlükəsizliyini təmin edəcək hərtərəfli və qalıcı sülh sazişinə nail olmağa ümid edirik".

Amerikanın "Axios" nəşrinin məlumatına görə, gələn həftə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə keçiriləcək müzakirələrdə ABŞ heyətinə Steve Uitkoff və ABŞ Prezidentinin kürəkəni Jared Kuşner başçılıq edəcək.

Xatırladaq ki, oktyabr ayında Trampın xüsusi nümayəndəsi Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüş, ardınca Sankt-Peterburqa səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmışdı. Həmin görüşlər zamanı Ukrayna-ABŞ-Rusiya formatında üçtərəfli danışıqların yenidən bərpası barədə razılıq əldə olunmuşdu.

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında bundan əvvəlki müzakirələr ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından qısa müddət əvvəl – 2026-cı ilin fevralında baş tutmuşdu.



Xəbərin oxunma sayı : 613




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap