“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg

Tarix 28.10.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqında (Aİ) Ukraynada "Starlink” peyk rabitəsi sisteminin fəaliyyətində yaranan ləngimələrdən sonra müdafiə imkanlarının gücləndirilməsi və ABŞ texnologiyalarından asılılığın azaldılması məsələsi yenidən gündəmə gəlib.
 
"Bloomberg" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, oktyabrın 15-16-da keçirilən son Aİ sammitində əsas müzakirə mövzularından biri "Starlink” sisteminin işindəki ləngimələr olub.

Məlumata əsasən, yaranmış vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yeni açıq fikir ayrılığına səbəb olub.

Avropa rəsmiləri bu hadisələr fonunda Aİ-nin öz texnoloji və müdafiə imkanlarını genişləndirməsinin vacibliyini müzakirə ediblər.

Müzakirələrdə ABŞ-dan asılılığın azaldılması, strateji əhəmiyyətli texnologiyalar üzrə alternativ təchizatçıların müəyyənləşdirilməsi və Avropanın müstəqil imkanlarının inkişaf etdirilməsi məsələləri ön plana çıxıb.

Bununla belə, "Bloomberg"in mənbələrindən biri bildirib ki, bu istiqamətdə əsaslı dəyişikliklərin həyata keçirilməsi illər tələb edəcək.

Agentliyin məlumatına görə, mövcud şəraitdə ən real variant Avropa ölkələrinin NATO kimi fəaliyyət göstərən təhlükəsizlik strukturlarındakı rolunun gücləndirilməsidir.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap