“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ

Tarix 09.10.26, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2013-cü ilin yay aylarında paytaxtın Nəsimi rayonu ərazisində başlayıb.

Belə ki, zərərçəkmiş Fərhad Muradov həmin dövrdə internet resurslarında mənzillərin real bazar qiymətindən daha ucuz şərtlərlə satılması barədə yerləşdirilmiş elan əsasında Nazim Tağıyevlə əlaqə saxlayıb.

Təqsirləndirilən şəxs “Real MTK”-ya aid binada tikinti işləri müqabilində şirkət rəhbərliyi tərəfindən özünə mənzillər verildiyini bildirib.

Daha sonra o, həmin binanın 19-cu mərtəbəsində yerləşən, sahəsi 191 kvadratmetr olan 4 otaqlı mənzili Fərhad Muradova satacağını vəd edib.

İttihamda qeyd olunur ki, Nazim mənzilin hər kvadratmetrinin 590 manata, ümumilikdə isə 133 340 manata satılacağını, ödənişin bir il müddətində hissə-hissə həyata keçiriləcəyini deyib.

İstintaq hesab edir ki, bu vədlər yalan olub və təqsirləndirilən şəxs həmin məlumatlardan zərərçəkmişin etibarından sui-istifadə edərək pulunu ələ keçirmək məqsədilə istifadə edib.

Vahid niyyətlə hərəkət edən təqsirləndirilən şəxs 2023-cü ildə müxtəlif tarixlərdə Fərhad Muradovdan pul vəsaitləri alıb.

Daha sonra Nazim ödənişin gecikməsini əsas gətirərək ilkin razılaşdırılmış mənzilin başqa şəxsə satıldığını bildirib.

Bununla da kifayətlənməyən Nazim zərərçəkmişə eyni binada yerləşən 226 kvadratmetr sahəsi olan 5 otaqlı başqa mənzili təklif edib. Həmin mənzilin də əvvəlki qiymət şərtləri ilə satılacağını deyib.

Bu mənzillə bağlı isə 2013-cü ildə Fərhad Muradovdan 5 000 manat alıb.

İttihamda göstərilir ki, pulun alınması bununla da yekunlaşmayıb.

2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 228-236 saylı ünvanda yerləşən notariat kontorunda təqsirləndirilən şəxs ondan daha 100 000 manat pul alıb.

Bundan əlavə, 2014-cü ilin mart ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə daha 500 manat alıb.

İttihama əsasən, Nazim verdiyi vədləri yerinə yetirməyib və nəticədə zərərçəkmiş şəxs Fərhad Muradova ümumilikdə 130 500 manat məbləğində külli miqdarda maddi ziyan vurub.

Məhkəmə baxışı iclasında dindirilən Nazim Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Fərhadla aralarında yaranmış narazılığın əsas səbəbinin sonuncunun faktiki olaraq verdiyi pulla iddia etdiyi məbləğin uyğun gəlməməsi olduğunu söyləyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fərhad ona ümumilikdə 100 500 manat pul verib. Daha sonra isə qalan məbləği ödəyə bilməyəcəyini bildirib.

Bundan sonra tərəflər notariat ofisinə gedərək aralarında borc müqaviləsi bağlayıblar.

Nazim deyib ki, həmin müqaviləyə əsasən, evin qarşılığında ona ümumilikdə 100 500 manat pul verildiyi göstərilib.

Onun sözlərinə görə, Fərhadla aralarında səmimi münasibət olduğundan, əlavə müəyyən məbləğdə pul ödədiyi halda ona 5 otaqlı mənzil verə biləcəyini də bildirib.

Bu razılaşmaya əsasən, Fərhadın əlavə 35 000 manat ödəməli olduğunu deyən təqsirləndirilən şəxs müəyyən müddət keçdikdən sonra onun bu məbləği ödəyə bilməyəcəyini bildirdiyini söyləyib. Nəticədə tərəflər arasındakı həmin razılaşma pozulub.

Nazim məhkəmədə bildirib ki, sözügedən binada mənzillər ona tikinti işləri qarşılığında verilib və o, həmin mənzillərin satışını həyata keçirib.

O, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini və tərəflərin barışdığını deyib.

Məhkəmədə şahid qismində “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun da ifadəsi elan olunub.

O, 2005-2009-cu illərdə Xətai rayonu, F.Behbudov küçəsində yerləşən MMC şirkətinin ortaqlarından biri olub. Həmin şirkət Xətai rayonunun F.Behbudov küçəsində dörd ədəd 22 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirib.

İlham Qasımov bildirib ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsi əvvəllər tanımayıb.

Şahidin ifadəsinə əsasən, 2017-ci ildə o, istintaq təcridxanasında cəza çəkərkən Sona adlı qadın onunla görüşmək üçün təcridxanaya gəlib. Sona ona bildirib ki, Nazim MMC tərəfindən tikilmiş binalardan birində əri Fərhada mənzil satmaq adı ilə müəyyən məbləğdə pul alıb. Hətta mənzili Fərhada göstərib, lakin sonradan onu aldadaraq mənzili verməyib və aldığı pulu da qaytarmayıb.

İlham Qasımovun sözlərinə görə, o, Sonadan almaq istədikləri mənzillə bağlı təqsirləndirilən şəxsin hər hansı sənəd təqdim edib-etmədiyini soruşub. Sona isə ona mənzillə bağlı Nazimin heç bir sənəd göstərmədiyini bildirib.

Şahid öz növbəsində Sonaya təqsirləndirilən şəxsi tanımadığını, onun rəhbərlərindən biri olduğu şirkətdə heç bir iş görmədiyini və işləmədiyini deyib.

O, Nazimin mənzil alqı-satqısı ilə məşğul olan “makler” ola biləcəyini ehtimal etdiyini söyləyib.

İş üzrə verdiyi əlavə ifadəsində İlham Qasımov təqsirləndirilən şəxsin “makler” olması və “yalançı adam” olması barədə eşitdiyini bildirib.

Şahid bir daha Nazimin onun ortağı olduğu şirkətdə heç bir iş görmədiyini və işləmədiyini qeyd edib.

O bildirib ki, həmin dövrdə mərhum Məzahir Cəfərov MMC-nin icraçı direktoru olsa da, şirkətin ofisi “Real MTK” MMC tərəfindən tikilən binada yerləşib. Bu səbəbdən bir çox şəxslər, o cümlədən Nazim, Fərhad və Sona sözügedən mənzilin “Real MTK” şirkətinə aid olduğunu düşünüblər.

İlham Qasımovun ifadəsinə əsasən isə Fərhadın təqsirləndirilən şəxsdən almaq istədiyi mənzil əslində MMC tərəfindən tikilən binalardan birində yerləşib.

Qeyd edək ki, İlham Qasımov 2016-cı ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. İlham Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınmışdı.



Xəbərin oxunma sayı : 463




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap