“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi

Tarix 08.10.26, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband Ukraynaya səfəri zamanı Rusiyaya qarşı neft şirkətlərini, “kölgə donanması” tankerlərini və hərbi təchizat zəncirini hədəf alan yeni sərt sanksiyalar paketini elan edib.

“Qafqazinfo” “The Standard” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərar Miliband və Ukrayna Prezidenti Volodimir Zelenskinin Çerniqov vilayətinin Priluki şəhərində 22 mülki şəxsin həlak olduğu dağıdılmış 5 mərtəbəli binaya baş çəkməsi fonunda açıqlanıb.

“Biz bura yalnız dəstək sözləri deməyə yox, amalı iş görməyə gəlmişik. Bu gün Putin hərb maşınına, neft şirkətlərinə, “kölgə donanmasına”, kriptoaktivlərə və müharibənin maliyyələşdirilməsinə qarşı yeni sanksiyaları elan edirik. 2022-ci ildən, hətta 2014-cü ildən olduğu kimi sizin yanınızdayıq”, – deyə britaniyalı nazir Ukraynaya dəstəyini ifadə edib.

Qeyd edək ki, sanksiya siyahısına 38 yeni qurum, o cümlədən Rusiyanın “Zarubejneft” və “INK Capital” neft şirkətləri daxil edilib. Bununla da Birləşmiş Krallığın sanksiyaları Rusiyanın ümumi neft hasilatının 90%-dən çoxunu əhatə edib.

Həmçinin “kölgə donanması”nın tərkibindəki daha 12 neft tankeri də qara siyahıya salınaraq sanksiyaya məruz qalan gəmilərin sayı 600-ü keçib. Paketə Qırğızıstanla əlaqəsi olan kriptobirjalar, ödəniş platformaları və raket/PUA istehsalı üçün lazım olan avadanlıqlar tədarük edən 17 fiziki və hüquqi şəxs də əlavə olunub.



Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap