| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
Tarix 08.10.26, 10:50 |
|
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
AzFakt.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
***
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.







Xəbərin oxunma sayı : 481
Siyasət
Xəbərlər
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - Müxalifətçilərə işgəncə verilməsilə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
-
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib“? - DETALLAR
-
İlham Əliyev “Avaza” Kompleksində qarşılandı - VİDEO
-
Suriya husilərə qarşı müharibəyə qoşulur? - Dəməşqdən açıqlama
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Prezident Türkmənistanda işgüzar səfərdədir - FOTOLAR
-
AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - ŞİKAYƏT
-
Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər - Tramp
-
Bakıxanov qəsəbəsində abadlıq işləri niyə yarımçıq dayandırılıb? - VİDEO
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
-
“Piano Hall“ şadlıq evində xoşagəlməz mənzərə - FOTOLAR
-
Bu yol da təmirə bağlanacaq - Xəbərdarlıq
-
“Avropanı çətin payız və qış gözləyir“ - Robert Fitso
-
Minlərlə müəllim işsiz qala bilər - Bunu heç kim gözləmirdi...
-
Bu il qızıl nə qədər ucuzlaşıb? – Son məlumat
-
Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb - Peskov
-
Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?
-
Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar
-
Tacikistan prezidentinin qızı rəsmi tədbirdə rəqs etdi - VİDEO
-
Aİ mümkün böyük hibrid hücuma hazırlaşır - Politico
-
Qobustan Qoruğunun 377 minlik abadlıq - Tenderlərin dəyişməz qalibi “Şəmkir Tikinti-18“
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO
-
Müəllimlərin geyimləri necə olacaq? - Bunları geyinmək olar...
-
Bu şəxslər həm maaşını, həm də pensiyasını itirəcək - XƏBƏRDARLIQ
-
Yasamaldakı yanğınla bağlı klinika rəhbəri ifadə verdi - “Bağışlanmağımı istəyirəm“
-
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Ömər Çelik
-
Montella ilə yollar ayrılır - 5 aylıq maaşını təzminat alacaq
-
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...
-
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm FƏRMAN
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Sabiq nazir müavini onu son anda bağışladı - Məhkəmə xitam verdi...
-
Qazaxıstan Rusiyadan vətəndaşlarını tələb edir - Müharibəyə aparılıblar
-
Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu - Səbəb nədir?
-
August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur - AnewZ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi
-
“SOCAR-AQŞ”nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı qərar verilib - TƏFƏRRÜAT
-
Azərbaycanda iş rejimi dəyişəcək? - 4 gün iş 3 gün istirahət
-
Tikinti üçün yeddi nazirlikdən icazə alınmalıdır? - Nazirdən açıqlama
-
İlham Əliyev Vladimir Putinə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanda bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb - FOTO
-
Dövlət rüsumu ödəyənlərin diqqətinə - Milyonlarla manat...
-
“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
-
“Putin SSRİ-ni bərpa etmək istəyir” - Almaniyanın XİN rəhbəri
-
Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu - Dələduzluğa görə
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO/VİDEO
-
Avropa İttifaqından Rusiyaya rekord zərbə: 22-ci sanksiya paketi razılaşdırıldı
-
Mustafayev mənimsədiyi 12 milyonu neynəyib? - Oğlu əmlakları barədə ifadə verdi
-
Yarım milyon manatı vergidən yayındırdı - Gəlirlərini az göstərib
-
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI
-
Kamaləddin Qafarov kimdir? - Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar...
-
“Bu qanunun qəbulundan sonra digər 4 qanun ləğv olunacaq” - Nazir
-
Azərbaycanın puluna yağlanan Şamil Ayrım... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
-
Elza Seyidcahan məhkəməni qazandı - Rəşid Mahmudov pul ödəyəcək
-
Messi Argentina millisi ilə vidalaşdı - VİDEO
-
Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
ABŞ həbsxanasında vəziyyət qarışdı - Rusiyalılar aclıq elan etdi
-
“Süni intellekt yeni problemlər yaradır“ - Allahşükür Paşazadə
-
“İtkin düşmüş heç bir vətəndaşımız unudulmur“ - İlham Əliyev
-
Media və Yayım Şurası: Azərbaycanın adının hallandırılması dezinformasiyadır
-
“Qərb ölkələrinin neft ehtiyatları tükənib“ - “Vitol“ rəhbərindən xəbərdarlıq
-
"İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq" - Əli Nağıyev
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Son rəqəmlər
-
Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq - Qərar dəyişmədi
-
Husilər Ər-Riyad aeroportunu vurdu - Uçuşlar dayandırıldı
-
Vensdən İrana xəbərdarlıq: Uranı zənginləşdirməyi dayandırın
-
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
-
İranla münaqişəni necə bitirəcəyimizi tezliklə biləcəksiniz - Tramp
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı - VİDEO
-
Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur - Uşakov
-
Binəqədidə 14 mərtəbəli binaların üstünə gizlin mansard artırılır - VİDEO
-
Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO
-
TƏBİB bu şirkətlə 37 milyonluq müqavilə bağlayıb - DETALLAR
-
“Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər“ - Qonşularını öldürən ər-arvadın İŞİ
-
Ahıl şəxsə sosial xidmət müəssisəsində yardım edilməyib? - VİDEO
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb + FOTO
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - DETALLAR
TOP 10
ARXİV






