“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“

Tarix 02.10.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Respublika Seysmoloji Xidmət Mərkəzində dövlət vəsaitləri havata sovrulur. Məlumata görə Mərkəzin satınalmaları və ştat cədvəlində qeyri-şəffaflıq var.
 
Sosial şəbəkələrəd yayılan məlumatlar barədə araşdırma apardıq.
 
AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, Seysmoloji Xİdmət cari ilin may yayının 18-də "odun yanacağının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 17.292 manat smetası olan satınalmanı fiziki şəxs Əliyev Çingiz Minacəddin oğlu udub.
 
Satınalma predmetinə görə qalib elan edilən Əliyev Çingiz Seymoloji Xidmətə 132 kub odun ilə təmin etməlidir.
 
Satınalmanın keçirildiyi tarixə nəzər yetirdikdə 132 kub odunun (təxminən 15 kamaz) hansı mənbədən əldə edilməsi ciddi suallar yaradır.
 
Digər sual doğuran məqamlardan biri isə may ayında - təxminən yay fəsilinə bir ay  qalmış Seysmoloji Xidmətin bu qədər odunu hansı məqsədlə almasıdır.
 
Sosial şəbəkələrəd yayılan məlumatlara görə Seysmoloji Xidmət satınalmalardan əlavə olaraq digər sahədə də ciddi qeyri-şəffaflığa, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə yol verir.
 
Məsələn, Xidmətin tabeliyində fəaliyyət gösətərən regoinlarda olan seysmoloji idarələrin ştatları yerli rəhbərlik tərəfindən demək olar ki, zəbt olunub. Burada çalışan işçilər idarə müdirlərinin ailə üzvləri, yaxın qohumudurlar.
 
Buna misal olaraq qərb, şimal və aran rayonlarında olan seysmoloji idarələri göstərmək olar. Burada çalışan işçilərin (təmizlikçi, qaravulçu) böyük əksəriyyəti yerli idarə müdirlərinin ailə üzvləri və yaxud yaxın qohumudurlar.
 
İddialarda daha ilginc məqamlar da var.  Belə ki, bu idarələrə dövlət tərəfindən verilən məişət avadanlıqlarının, mal-materialların düzgün sərf edilmədiyi, yerli rəhbərlik tərəfindən satındığı və ya da mənimsənilib.

Əlbəttə ki, daha bir məqam Seysmoloji Xidmətin bəzi idarələrinə verilən xidməti avtomobillərin də daha çox şəxsi məqsədlər üçün istifadə edilməsidir.
 
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənə bilmədik. 
 
Araşdırmalarımız davam edəcək. 
 
Aidiyyatı qurumlar mövqe bildirə bilərlər.



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap